Xəbər
Elgiz verilişinin bağlanmasından danışdı
Mədəniyyət
Azərbaycanda Can Bonomo üçün ziyafət - Fotolar
Mədəniyyət
Daha bir “Eurovision” təmsilçisi “Sarı Gəlin”i oxudu – Video
Siyasət
Arif Hacılının prezidentə müraciəti dəyərləndirildi




İlham Əliyev çox sərt danışdı – “Bunu görməyəcəksiniz” +Video
05.02.2012 | 09:02

“Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nə isə görmək istəyirsə...”

Azərbaycan prezidenti İlham Əliyev Münhendə təxribat xarakterli sualla qarşılaşıb. Dövlət başçısının Münxen Təhlükəsizlik Konfransının əsas tədbirlərindən olan “Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri” mövzusunda müzakirələrdəki çıxışından sonra iştirakçılardan biri Azərbaycanı Hüsnü Mübarəkin dövründəki Mismirlə müqayisə edib. O, “Alyans”ın sədri Maykl Dikmana sual verib: “Mən hiss edirəm ki, bizim sərmayə yatıra biləcəyimiz ölkələrdə siyasi vəziyyət və coğrafi dəhlizlə bağlı bir az çox danışırıq. Buna görə də, mən sualımı birbaşa cənab Dikmana ünvanlamaq istəyirəm. Çünki gələcək biznes risklərini müəyyən etmək və onun üzərində işləmək sizin səlahiyyətiniz çərçivəsindədir. Mən sizdən soruşmaq istərdim ki, bir il əvvəl Misir və Tunisdə baş verən iğtişaşların şahidi olduq. Sizin bu bir il ərzində enerji ilə zəngin ölkələrdə siyasi vəziyyətlə bağlı risklərin qiymətləndirilməsindəki fəaliyyətinizdə dəyişiklik varmı? Misir kimi ölkələrin təcrübəsindən misal gətirərək, - burada Azərbaycan Prezidenti də iştirak edir, - öz siyasi strukturuna görə Mübarəkin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı?”.

Azərbaycan prezidenti Azərbaycandakı vəziyyəti Misirdəki vəziyyət kimi təqdim etməyə cəhd olunan sualı şərh edib: “Düşünürəm ki, bu qəribə suala ən yaxşı cavab iştirakçıların reaksiyası oldu. Mən bayaqkı şəxsin savadından irəli gələrək bilmədiyi bir neçə göstəricini diqqətə çatdırmaq istəyirəm. Mənim 8 illik prezidentlik dövrümdə Azərbaycanda ümumi daxili məhsul 3 dəfə - 300 faiz artıb. Yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib. İnflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir. Son 8 il ərzində 1 milyondan artıq iş yeri yaradılıb. Xarici borc bizim ümumi daxili məhsulumuzun 6 faizini təşkil edir. İqtisadiyyatın şaxələnməsi sabitdir. Siyasi vəziyyət sabitdir. Bizim çoxpartiyalı sistemimiz var. Bizim parlamentdə təmsil olunan 10-dan çox partiyamız var. Bizim azad mətbuatımız var. Bizdə söz azadlığı var. Bizdə din azadlığı var. Nəhayət, bizdə azad internet var. Qeyd etmək istərdim ki, bizim regionda heç də bütün ölkələrdə azad internet yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 50 faizdən artıqdır və bu rəqəm artmaqdadır”.

Dövlət başçısı Azərbaycanda Misir ssenarisi arzulayanlara sərt cavab verib: “Azərbaycanda müasir, sabit cəmiyyət var. Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nə isə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz”.



Xəbər 7747 dəfə oxunub


Share |

Bu xəbərə şərh yaz
 Şərhlər Sayı: 71 
Nuray -------
VASIF HALAL OLSUN BIZIM PREZIDENTE.YAXSI CAVABLARIN VERDI.
nuray Goresen ILHAM Aliyev oz dediyine ozu inanirmi ?
Eloglu Yalan ayag yer tutar amma yerimez! Ozerine oz yalanlari lezzet eyleyir.
AZER -------
Yashar “Azərbaycanda müasir, sabit cəmiyyət var. Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nə isə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz” deyir İ.Əliyev.Bir il əvvəl Mübarək,Qəzzafi və başqaları da elə beləcə danışırdılar.Görünür cənab İ.Əliyev bu sözləri təkrar etməklə özünü inandırmağa çalışır.Amma o bir həqiqəti etiraf edib ki,"Bizim parlamentdə təmsil olunan 10-dan çox partiyamız var".Bəli bunlar onun partiyalarıdır.
Soltan Suleyman Ela ....Super....Ureyimden tikan cixdi...beli qulaqlarinin dibini gorecekler bizim muxalifetle bir yerde amma Misiri gormryecekler...
Ruzi Rəhimov Biz her Birimiz Oz Azərbaycanimiz ile Fexr etməli ve Qururlanmaliyiq həmcinin Azərbaycan Prezidenti Ilham Əlivev cənablarinin siyasi kursuna tam dəstek vermeyə her bir Azerbaycanlirari caqiriram Esq Olsun Azərbaycana Yaşasın Azərbaycanin Prezidenti Cənab İlham Əliyev
Tofiq Ovçu Bizdə szad internet olsaydı Qafqazinfo mənim şəhlərimi verərdi.F.Ağamalıoğlu muxalıfətdirsə -onda parlamentdə on muxalifət partiyası var.İş yerləri açılıbsa fiiiilan qədər azərbaycanlının elə təkcə Ərəseydə hansı ---
Ceyhun Cefer Misir xalqinin bizim xalqdan ferqi cox azdi..orda olanlarin temel sebebi qerbin yeritdiyi provakasiya idi.calismaliyiq qerb bizim memlekete tesir ede bilmesin..
Anar bele texribatci suallar yalniz Azerbaycani istemeyen quvvelere mexsus ola biler. Soz azadliqi, siyasi sabitlik onlar ucun bir aletdir, hansi ki, o aletle onlar istenilen olkeni pisleye, ya da terifleye bilerler. men hesab edirem ki, prezidentimiz Ilham Eliyev cox layiqli cavab verdi.
MOSCOW TEKI SOLEDIKLERI HAMISI GERCEK OLSAYDI. BES RUSVET HER BIR AZERBAYCANLI RUSVET VERIR VE ALIR BU ADET KIMI GEYD ALAG INSAN HAKLARI POZULUR VE DAVAM EDIR POZULMAKDA PREZDENT YEGIN BASGA BIR DEVLETDEN DANISIRMIS
MOSCOW BIZDE AZAD RUSVET VAR. RUSVET VERMEK ISTEYEN AZERBAYCANA GELSIN
Tural Cenab prezident cixisinda deyirki Parlamentde 10 partiya var.Goresen hansi partiyadi olar?Bilen varsa yazsin.??????????
VETENDASH MEN YAP,MUSAVAT VE NEDE BASQA PARTIYADAN DEYILEM.MENIM SEVDIYIM BIR PARTIYA OLUBSA O DA KOMMUNIST PARTIYASI OLUB TEESSUF KI KOMUNIST DE DEYILEM.BUNUN METLEBE DEXLI YOXDUR. AMMA MEN ÖZ PREZIDENTIM OLAN ILHAM ELIYEVLE HER ZAMAN FEXR ELEMISEM,O ADAM SAVADLI CESARETLI VE ESL KISHIDIR.BIZDE OLAN MUXALIFET ISE ESL-------
C.Hamidli Ben Ali,Mubarak,Qaddafi bunlarda olkalarinda inqilab olacagini qati suratda radd edirdi.Na oldu?
herkimem Prezidentden masterdi bu, men burada yazilan serhlerle raziyam ki olkede veziyyet hec de super deyil, amma bu olkenin daxili isidi her hansi bir conun ya da mayklin isidi
gizir Men hakimiyyet teraftarlarini anlamiram.Ya onlar MUXALIFET sozunun menasini anlamirlar,yada ozleri ele bir ishler gorublerki hakimiyyetden getmeye qorxurlar.Men bizim muxalifetin seviyyesini muzakire etmek istemirem.Amma teseffur edin parlament seckilerinde muxalifet ses coxlugu qazanir,prezident ana muxalifet bashcisiyla gorushur,muzakireler aparir.Bunun neyi pisdiki?Beyem muxalifetde olmag cinayetdir?Unutmayin,muxalifeti olmayan Hakimiyyet hec vaxt guclu ola bilmez.Pullari havaya sovurmagi hami bacarar.
anonimka hami prezidente qarsi tenqidler ireli surur amma men sizi emin ediremki eger hakimiyyyete basqa biri gelse olkede veziyyet misir ve tunisdekinden dahada acinacaqli olacaq teesufki bunu coxlari basa dusmur!
vetendas
rocstar
Kəmalə
Aqsin Olkede 1 dene de olsun muxalifet TV kanali yoxdu, "2 aprel"e gore 30-a yaxin genc turmelerde curuyur.
Bebettone Bu Millet niye bawa duwmurki bu bizim olkedi yaxwida pisde bizim olkedi Bu Bizim Prezidentimizdir Lap Yaxwida Prezidentdir ne qederdekasib olsaq zato kiwi kimi Olkemizi qoruyaq..SAGOL CENAB PREZIDENT
Aqsin Halal olsun prezidente.
Kral
555 Halal olsun cenab Aliyev!
ferid Hmmm aztv yene etdi edeceyini...)
S_fan Halaldı bu sualı verənə. tv-də də baxdım ləzzət verdi. 8 ildə bir dəfə də olsun xalqının haqq səsini eşitməyən prezidentə belə bir sual lap yerinə düşdü. Qoy görsün ki o da adi insandır və o da suallara cavab verməlidir, demokratiya nədir və necə olur. Hətda rusiyada prezident, baş nazir ildə bir-iki dəfə xalqla 2-3 saatlıq tv vasitəsi ilə canlı ünsiyyət qurur və suallara cavab verir... sual-cavabdan onsuzda heç kəs qaça bilməyəcək...
Kəntöy Cənab Prezident Azərbaycanda nələr olduğundan danışıb)) Olmayan şeylərdən və onların günahkarlarından danışmağı özünə rəva bilməyib. Ölkədə hərc-mərcliyin olmasını heç istəməyən biri olaraq bir -iki şeyi xatırladım: ölkəmizdə demoratiyanın d hərfi belə yoxdur, rüşvət bataqlığı xirtdəkdəndir, insanlara vətəndaş gözü ilə baxan, onları insan yerinə qoyan məmur yoxdur, orta- ali məktəblər bazara çevrilib, elementar müalicə millət İrana, Rusyaya qaçır,elə çörək üçündə. Bütün bunlar Misir yaxındadır deməkdir...
Aydın Şərhlərdən görünür ki,avtoritar rejimi dəstəkləyən az da olsa adamlar var.O zaman yaxşı olardı ki,internet sorgu keçirilsin və əhalinin neçə faizinin bu rejimin əleyhinə səs verməsi üzə çıxacaq.
Elnur Cenab prezident!Tebii ki bu suala cavab bele olmali idi.Bir Azerbaycanli kimi bundan tesirlendim!Men hec bir partiyanin uzvu deyilem cunki burda cox nuanslar var onlari da real heyatda uwaqda bilir neinki siyasetciler.Tewekkur edirem!
Qocay
Qocay Yazilan sherhlerden gorunur ki,az da olsa rejimi,diktaturani azadliqdan,edaletden,insan kimi yasayisdan ustun tutan bedxaqlar mocuddur.Misirin hec neyi yoxdur.Bizim ise neftimiz,qazimiz,qizilimiz,demek olar ki ekser tebii servetlerimiz var.Biz zengin olkenin dilenci balalariyiq.Biz zengin olkenin qullariyiq,nokerleriyik,hamballariyiq.Bu rejim xalqi savadsiz,yaltaq bir kutleye cevirib.Yeyib doydugu yemeyin artigini,sur-sumuyunu milletin qabagina tullayir.Niye de coxlari anlamir ki,bu rejim xalqi sevmir
Obyektiv butun dunya bilir ki misirde,suriyede,tunisde bas veren hadiseler bir qrup ve ya dovlet terefinden edilib . Dovletin adini deyim ABŞ deyeceksiz niye cunki fikir verin bu qarisiqliqlar olan butun olkelere absin ve gerbin boyuk aciq desteyi olub . Nedense hamisi birden meley olub insan mudafiecisine cevrilib. Ama qerbin iraqdaki,efganistsndaki , livandaki hereketlerine baxsaq onlarin esil uzunu gore bilerik. O ki qaldi Qeddafiye ,hec bilirsiz qeddafiye kimi olke fransanin mustemlekesi olub o inlqlab eleyenden sonra olkeni millilesdirib. Hele bilirsiz onun dovrunde ehali bes defe artib, hele liviyada elektiriyin,gazin,suyun,tehsilin,tibbin pulsuz olmaqini demiren, orada hele dunyanin yasamaq ucun en yaxsi sayili olkelerinden biri olub internetden arasdirsaz bilersiz. Yeni dunya sizin gorduyuvuzden daha murekkebdi
kamil KOMNISTLERIN DOVRUNDE YAXSI YASAYIRDIK. DUZGUNLUK VARDI INSANLIK VARDI. NEFT GAZ VAR AMMA MILLETE GORE DEYIL.. VETENNEN HAMI DIDERGIN DUSUB RUSIYANIN COLLERINE
Azerbaycan Boş boş rəqəmlərdir. Ay millət 10 faizlik rəsmi inflyasiya olan dövlətdə 10 faizlik maaş artımı. Millətin iqtisadi həyatına nə qədər təsir edir görəsən? 1 milyon iş yeri: Binaların üzlənməsi (abrisovka), yolların dəfələrlə sökülüb yenidən çəkilməsi, ancaq tikinti tikin tikinti. Və bu tikintinin altında büdcədən dağıdılan milyardlar (milyonlar yox). Bütün gəncliyə güzəştli ipoteka üçün cəmi 20 milyon AzRDNŞ-nın 110 nəfər işçisinin oturması üçün 85 milyonluq bina. Ancaq nazirlərə məxsus biznes imperiyaları
Azerbaycan Arxasınca polis düşərkən qaçıb yıxılıb başı dəfələrlə yerə dəyən çənəsi sınıb başı dağılıb ölən idmançı, yapistlərin qərargahından əsl müxalifətə "ölüm" işarəsi göstərən 10 partiyadan biri, 100-150 manatlıq maaşla xalqı maarifləndirən müəllimi sağlamlığına cavabdeh olan həkimi, televiziyada efir üzü görməyən keçmiş iqtidarı (dövlət katibi, ali sovetin sədri, baş naziri), ancaq yeni ulduz olmaq, oxumaq, oynamaq, çalmaq istəyən, hər yayı bir gözəl yerdə "kayf" etmək üçün yapa üzv olan yapist gəncliyi
NAXCI Azerbaycan sene halaldi lezzet etdi sozlerin
Milletci MEN BIR SHEYI SIZIN NEZERINIZE CATDIRMAQ ISTEYIREM KI BIZIM PREZIDENT DUNYADA 3-5 YAXSI PREZIDENTDEN BIRIDIR.BURADA MEN HAMININ FIKRINE HÖRMET EDIREM VE MENIM DE FIKRIME HÖRMETLE YANASHMAQINIZI XAHISH EDIREM.BIZIM PREZIDENTIMIZI XALQ SECIB VE SIZI KIMI 1-2 NEFER NANAKORLARIN XALQ ADINDAN DANISHMAQA HAQQINIZ YOXDUR.INDIKI MUXALIFETEM DEYENLER HEC DANISHMASIN CUNKI ONLARIN HAKIMIYYETI DÖVRUNDE NELER BASH VERDIYINI HAMIMIZ COX YAXSHI BILIRIK. YASHA YASHA YASHA CENAB PREZIDENTIM! XALQ HER ZAMAN SENINLEDIR!
omarism Heqiqeten halal olsun, prezidentimize. Choxxx ela cavab verdi.. Azerbaycanin bu inkishafina paxillananlar bele sual vere bilerler.
demokrat
Musteqil Azerbaycan prezidenti hörmetli cenab prezident Ilham Eliyev cok gözel cavab verdi.Butun dunya onun cavabini destekledi. Hemin sexsi öyredenler mehz Azerbaycanin dushmenleri olan hem xarici hemde daxili dushmenleridir.Ar olsun Azerbaycanin daxilinde olan dushmenlere ki,öz vetenlerini satirlar xarici dushmenlere.Ordan mueyyen faiz qrant almaq ucun.Menimde sexsi proqnozumla Azerbaycan hec zaman Misir ola bilmez,Misirde Azerbaycan ola bilmez.Azerbaycan dövleti ehtibarli ellerde.
Musteqil Hörmetli:Azerbaycan niki ile yazan sizde ---------------
Rocstar Kamil bravo sene cox duz deyirsen.
Ali
Qaqa
Ali ----
066Atilla
Rocstar Bravo Qocay
Xədicə Çox sağ olun cənab Prezident!!!Sizə minnətdarıq...
turan --------.
Azerbaycan ---------
Azerbaycan Şəxsən mən Azərbaycanda nə Misir nə də ki Liviyadakı olayların baş verməsini istəmirəm. İstəyirəm ki azad seçki olsun. Qıpqırmızı yalançılar MM deputatı olmasınlar. Nə deyim eee Azərbaycandakı inkişaf adıyla ciblərə doldurulan pulları görməyən müstəQUL və sənin kimilər KORSUZ yəqin. Kimlərsə gəlib bundan da pis olacaq düşüncəsinə malik insanlar. Bundan pis olmayacaq. Heç də hamı pis deyil. Əgər 9 milyonluq xalq prezident ola biləcək 90 ziyalı vətənpərvər yetişdirə bilmirsə demək günah aparılan siyasətdədir
FEMIDA ƏDALƏT NAMİNƏ DEMƏK LAZIMDİR Kİ, SOVET DÖVRÜNDƏN İNDİ DƏFƏLƏRLƏ YAXŞIDİR.AMMA, YALNİZ HAKİMİYYƏTƏ YAXİN TƏBƏQƏYƏ!ADİ VƏTƏNDAŞIN İSƏ DƏRDİNİNİ DEMƏYƏ BİR YERİ DƏ YOXDUR.O DÖVÜRDƏ MƏMUR HEÇ OLMASA MOSKVADAN QORXURDU!
Eziz Men fexrle deye bilerem ki, hormetli Prezidentimiz onlari susdurdu. Halal olsun Prezidentimize.
tamashachi -------
KOMISSAR!!! NURAY,BILMIRƏM SƏN QADINSAN YA ,KİŞİ??? LAKİN BELƏ BİR MTK OLDUĞUNU ,XALQİN BAŞİNA OYUN AÇDİĞİNİ BİLİRƏM!! MƏN SƏNƏ DEYİM Kİ,CƏNAB PREZİDENT BÜTÜN DEDİKLƏRİNƏ İNANİR,XALQİNİ DÜŞÜNÜR,SEVİR VƏ ONA GÖRƏ DƏ SİYASİ QƏRARLAR QƏBUL EDİR! LAKİN İNSAN KOR OLAN DA O HEÇ YƏYİ GÖRMÜR VƏ EŞİTMİR! SƏNİN MƏNƏVİYYATİN KORDU,ONA LƏLDƏN EYNƏK GEYİNDİSƏK DƏ FAYDASİ YOXDUR!ALLAH SƏNƏ RƏHM EYLƏSİN,BƏDBƏXT!!!!!
Azerbaycan Bülənt Arıncdan Suriyaya: Bizim bircə məqsədimiz var. “Xalqın tələblərini dinləyin. Demokratiya istəyir, verin, azadlıq istəyir verin, çörək, bərabərlik, ayrı-seçkiliyə son qoymaq istəyir, bunları yerinə yetirin və sonra da rüsvay olmadan gedin” demişdik. Bu sözlər bizə də deyiləcək
Azerbaycan
Ali
Elbey Biz indi muxalifet deyib sinesine doyenleri hakimiyetde olanda da gorduk.ele hakimiyyeti allah bu milletin uzune baxsin bir de gosdermesin,cunkielleri xalgin ganina batmishdi.Yashasin cenab prezidentimiz ILHAM ALIYEV
Azerbaycan Qafqazinfo çox qorxaqsız
Araz Bu iqtidarın seçkilərinin hamısında iştirak etmişəm və qəti əminəm ki hamısıda saxtalaşdırılıb.Və hakimiyyətini uzatmaq üçün saxta yolla konstitusiya dəyişdirənlərin xalq haqda fikirləşdiklərini düşünənlər yanılırlar.Demokratiyadan,azad seçki keçirməkdən qorxanlar xalqın,millətin adamı deyillər. Saxtakarlıq bu hakimiyyətin mahiyyətidir.Və suala buna uyğun cavab verilib.
suleyman ------------
AZADLİQ!!! BU RİYA ALEMİNDE QURUBDU MEYAN AZTV EV QURUB ANTENASİNDA SANKİ SHAYTAN AZTV
FAIQ IBRAHIMBEYLI CENAB PREZIDENT COX QOZEL CIXISH EDIB .MEN ONU ALQISHLAYIR,UQURLAR ARZULAYIRAM
naxçıvanlı. Düzü bir Azərbaycanlı olaraq heç istəməzdim ki,Ölkəmizin haqqında elə fikir formalaşsın və prezidentimizin orda olmasından isitifadə edib ölkəmiz haqqında xoşa gəlməz fikir desinlər.Amma nə etmək olar,bu bir faktır!! və arzu edərdim ki,Ölkəmizin prezidenti bir daha belə çətin və utandırıcı suallar qarşısında çıxılmaz vəziyyətdə qalmasın.Bəzi dövlət məmurlarına bildirmək istəyirəm ki,öz siyasi və şəxsi mənafeylərinizi az da olsa kənara qoyub prezidentə kömək olsunlar.Və bunu mütləq nəzərə alsınlar.
Gunel Halal olsun prezidentimize layiqli cavabin verdi... Istiyirler bizim millet Iraqin, Misirin gunune dushsun, amma bunu gormeyecekler INSHALLAH... Yashasin Azerbaycan xalqi, Prezidentimiz ve onun terefdarlari...!!!
sual Gafgazinfo, siz ancag prezident hagda "komplimentleri" chap edirsiz??
Ali SUAL!!! Xeyir. Bu AZTV-nin rsmi qezet redaksiyasidi. Bax men 2 defe sherh yazmisham, ikisini de silibler)))))



xəbər xətti
19/05/2012 Elgiz verilişinin bağlanmasından danışdı
18/05/2012 Azərbaycanda Can Bonomo üçün ziyafət - Fotolar
18/05/2012 Daha bir “Eurovision” təmsilçisi “Sarı Gəlin”i oxudu – Video
18/05/2012 Aclıq aksiyası keçirənlərə dəstək
18/05/2012 AzTV-dən “Eurovision” sürprizi
18/05/2012 Ruslan Bəşirlidən sensasion - Bəyanat
18/05/2012 Nar Mobile: “Qəzanın səbəbləri araşdırılır və qısa müddətdə aradan qaldırılacaq”
18/05/2012 “İnter” bir futbolçu ilə razılığa gəldi
18/05/2012 Qiymətli kağızlarla bağlı təqdimat olub
18/05/2012 ARDNŞ və “Petrovyetnam” müqavilə imzaladı
18/05/2012 Arif Hacılının prezidentə müraciəti dəyərləndirildi
18/05/2012 AMİP İlham Əliyevə müraciət etdi
18/05/2012 “Bandotdel”də monitorinq olub
18/05/2012 Rusiyada hərbi bazada partlayış oldu
18/05/2012 “Qəbələ” daha 5 futbolçunu yola saldı
18/05/2012 “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək
18/05/2012 Dörd nəfər aclığı dayandırdı
18/05/2012 Almaniya çempionu da yığmamıza qarşı oynayacaq
18/05/2012 “Burnovovskiye babuşki” jurnalistlərə hazırladıqları yeməkləri yedizdirib
18/05/2012 Azərbaycanlı qızdan Sarkisyana - Müraciət
18/05/2012 “Baku Crystal Hall”ın səhnəsinə motosikletlə çıxdılar
18/05/2012 “Panionios” Arazın çıxışından razı qalıb
18/05/2012 Çində korrupsiya müzakirəsi
18/05/2012 Bu virus antivirusu söndürür
18/05/2012 Fuad Ələsgərov Arif Hacılının prezidentə müraciətini şərh etdi - Müsahibə
18/05/2012 Vicdan məhbuslarının bu gün azad oluna bilər
18/05/2012 “Düşmənə qarşı birləşməli, ölüm-dirim savaşına girməliyik” – Qətnamə
18/05/2012 İstanbulda Laçınla bağlı çıxış
18/05/2012 “Eurovision”a görə orta məktəblər bağlanır
18/05/2012 Market belə yandı - Fotolar
18/05/2012 Ruslan Bəşirli yeni təşkilatını təqdim etdi
18/05/2012 Bu gün Yazıçılar Birliyindən qovulan şairin– şeirləri
18/05/2012 “Amnesty İnternational” blogeri vicdan məhbusu elan etdi
18/05/2012 “Belə dövlətlə əməkdaşlıq etmək olarmı?”
18/05/2012 Yazıçılar Birliyi bir nəfəri təşkilatdan qovdu
18/05/2012 Bu islam ölkəsi birinci yerdədir
18/05/2012 “Bizim qısa filmlər” kino günləri başlayır
18/05/2012 “Sədrlikdən getmək fikrim yoxdur” - Açıqlama
18/05/2012 Vüqar Qaradağlıdan ATV-də ilk yüksək təyinat
18/05/2012 “Nabucco”nun adı dəyişdiriləcək
18/05/2012 AMİP 20 illik yubiley tədbirlərinə start verdi
18/05/2012 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni təyinat
18/05/2012 Məşhur şirkətin əməkdaşını öldürüb, yandırdılar
18/05/2012 Xarici jurnalistlər aclıq aksiyası edənlərlə görüşdülər
18/05/2012 Zibilin pulunu qaldırdılar
18/05/2012 Gülben Ergen prezidentin ad günündə oxuyacaq
18/05/2012 Günay Musayeva ana oldu - Fotolar
18/05/2012 “İran səfiri dərhal ölkədən çıxarılmalıdır” – Tələb
18/05/2012 Suriya müxaliflərinin lideri istefa verdi
18/05/2012 Karla Bruni ilə bağlı maraqlı fakt
18/05/2012 Milli Məclis yaz sessiyasının müddətini uzadacaq
18/05/2012 Su kəmərində qəza olub
18/05/2012 Kann kinofestivalında bayrağımız dalğalanır
18/05/2012 Hava yaxşı olacaq
18/05/2012 Telejurnalistlərə hücum edilib
18/05/2012 “Eurovision” şəhərinin “yataq otağı”ndan - Reportaj
18/05/2012 “...Özüm gedərəm” - Açıqlama
18/05/2012 Məktəblilər üçün kafel-metlax reklamı
18/05/2012 BMT-nin Baş katibi “əl-Qaidə”ni ittiham etdi
18/05/2012 Bakıdan kriminal xəbər
18/05/2012 Nar Mobile-də yaranan problemə səbəb nədir?
18/05/2012 Fransanın yeni hökumətində 3 müsəlman nazir
18/05/2012 Dünya gözəli niyə kökəlib? - Fotolar
18/05/2012 “Alman deputatın Azərbaycana olan “sevgisi” mənə bəlli idi” – Müsahibə
18/05/2012 Birinci xanım Afrovision sərgisində - Fotosessiya
18/05/2012 Nar Mobile Olimpiadanın qaliblərini mükafatlandırdı
18/05/2012 Laçında nəyimiz qalıb?
18/05/2012 Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi
18/05/2012 Üzü Laçına ibadət - Namaz
18/05/2012 Sülhəddin Əkbər Rəsul Quliyevlə nələri müzakirə edəcək?
18/05/2012 Məscidlərdəki gizli kamera aranı qarışdırdı
18/05/2012 Uşaqlar gününə həsr olunmuş tədbirlər başlayıb
18/05/2012 Kardaşyanın reklamı və 40 milyon cərimə - Video
18/05/2012 Ermənilər atəşkəsi pozub
18/05/2012 52 təşkilat prezidentə müraciət etdi
18/05/2012 İndi də müğənnilik edəcək
18/05/2012 Gürcüstanda qey-paradda dava düşdü-Video
18/05/2012 Prezident əmr etsə...
18/05/2012 Disko musiqisinin kraliçası öldü
18/05/2012 Bu gün Laçının işğalının 20-ci ildönümüdür
18/05/2012 Azərbaycanda məhkəmə əməkdaşı bıçaqlandı
17/05/2012 Bakı üçüncü dəfə kuboku aldı
17/05/2012 QMİ-dən gey-parad açıqlaması
17/05/2012 Azərbaycan saytlarını kim dağıtdı? – Araşdırma
Digər xəbərlər


Fotosessiya
Rusiyanın yeni birinci xanımı - Lyudmila Putina
digərləri





Tribuna
Asəf Quliyev
Prezident əmr etsə...
Anar Mahmudoğlu
“Geyi”in farsca çeşidləri
Natiq Məmmədli
İki “vijın”
Seymur Verdizadə
FHN-in qabağında dilənən alim
Şərif AG
Cücü olmağın əzabı
Günel Əhmədova
İnsan qatili həkimlərimiz
Raminə Eyvazqızı
Avrocular, heykəlləri yumağı unutmayın!
Razi Nurullayev
Siyasi hakimiyyət tüfəngin lüləsindən çıxır
digər köşələr







Sənətçi və ailəsi
Ayaz Salayev və ailəsi - Fotosessiya
digərləri

Bizdən Sizə
Aysel Teymurzadə Filarmoniyanın direktoruna ərə gedir - Eksklüziv
digərləri

Video
AMİP gənclərindən sürpriz - Video
digər videolar

Kitab evi
Bu gün Yazıçılar Birliyindən qovulan şairin– şeirləri
digərləri

Arxiv
    ,    

Top xəbərlər
●   Aysel Teymurzadə Filarmoniyanın direktoruna ərə gedir - Eksklüziv
●   Kamran Həsənliyə ağır itki
●   Prezident Ramil Usubovla açılış etdi - Video
●   Ruslan Bəşirlidən sensasion - Bəyanat
●   Rusiyanın yeni birinci xanımı - Lyudmila Putina
●   MTN daha bir metro qarşısında antiterror əməliyyatı keçirdi
●   Bu gün Bakıda öldürülən terrorçunun kimliyi bəlli oldu
●   MTN Bakıda əməliyyat keçirib - Foto
●   Türkiyədə öldürülən azərbaycanlılarla bağlı şok təfərrüatlar + Video
●   Bura Cenifer Lopezi qarşılamağa hazırlaşır - Fotosessiya
■ Haqqımızda
■ Əlaqə
■ qafqazinfo@mail.ru
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info
■ Qaynar xətt: ( 012 ) 511 77 89