Bu məktəb qəbul imtahanlarında hər il 100 faizlik nəticə göstərir


2003-2004- cü tədris ilində fəaliyyətə başlayan Qərb Universiteti tam orta məktəbi tədrisi müasir dövrün çağırışlarına uyğun qurur, şagirdlərin yüksək bilik və bacarıqlara yiyələnməsi üçün ən müasir metodları, kurikulum standartlarını tətbiq edir.


Xarici dillərin tədrisi

Məktəbdə yüksək beynəlxalq kriteriyalara cavab verən tam orta təhsillə yanaşı xarici dillərin - ingilis dilinin, ikinci xarici dil kimi fransız və alman dillərinin tədrisinə xüsusi yer verilir, şagirdlərin bu dilləri ən yüksək səviyyədə mənimsəməsi üçün dərslər interaktiv formada, yüksək maddi-texniki baza əsasında və rəngarəng şəkildə təşkil edilir. Xarici mütəxəssislərin iştirakı ilə aparılan danışıq klubları xarici dilləri mənimsəmək üçün əlverişli şərait yaradır.

Maddi-texniki baza

Məktəbdə təhsil sisteminin informasiyalaşdırılması üzrə təhsilin bütün pillələrində İKT-dan, müasir təchizata malik laboratoriyalardan, Mimio kabineti və elektron lövhələrdən istifadə edilir. Həmçinin elmi, bədii ədəbiyyat və dərsliklərlə təmin olunmuş kitabxana da şagirdlərin ixtiyarındadır.



Dərsdənkənar məşğuliyyətlər Təhsilin daha maraqlı və rəngarəng olması üçün tədris ili ərzində müxtəlif festivallar, müsabiqələr, viktorinalar, yarışlar, ekskursiyalar, aksiyalar və digər tədbirlər təşkil olunur. Keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılır, daha yaxşı nəticələr üçün stimullaşdırılır.


Avropada yay məktəbi

Şagirdlərin yay tətilində qrup rəhbərləri ilə birlikdə İngiltərənin London şəhərində yerləşən “Katherine and King’s College of London” və Bekenham şəhərində yerləşən “English language school”da yay məktəblərində təcrübə mübadiləsində iştirak imkanı yaradılır.


Qəbul imtahanlarında 100 faizlik nəticə

Tədrisin keyfiyyətli təşkilinin nəticəsidir ki, məktəbin məzunları son 10 ildə ali məktəblərə qəbul imtahanlarında 100 faizlik nəticə göstəriblər. Onların arasında qəbul imtahanlarında yüksək nəticə göstərdiyi üçün Prezident təqaüdünə layiq görülənlər də var.


Qərb Universitetinin tam orta məktəbinin məzunları hər il yüksək bal toplayaraq (100%) təkcə ölkəmizin deyil, həmçinin dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərinə daxil olurlar. Bu universitetlər arasında ABŞ-ın Texas Universiteti, Ceyms Medison Universiteti, Çexiyanın Praqa Dövlət Texniki Universiteti, Türkiyənin İstanbul Bilgi Universiteti, Sankt-Peterburq dövlət sənaye texnologiyaları və dizayn universiteti, Şimali Kiprin Kipr Beynəlxalq Universiteti, MİTSO Beynəlxalq Universiteti və başqa təhsil ocaqları var.


Qərb Universiteti tam orta məktəb 2017/2018-ci tədris ili üçün şagird qəbulunu davam etdirir:

http://wj.edu.az/article/2016-2017- ci-tedris- ili-ucun- hazirliq-qrupuna- ve-i- xi-siniflere- sagird