Qiyamın təşkilatçısı olan general həbsxanada döyüldü

qiyamin-teskilatcisi-olan-general-hebsxanada-doyuldu
Oxunma sayı: 9332

Türkiyədə dövlət çevrilişini planlamaqda ittiham olunan Hava Qüvvələrinin keçmiş komandanı, ordu generalı Akın Öztürkün həbsxanada döyüldüyü iddia olunur.

Qafqazinfo”nun türk mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyədə mütəşəkkil cinayətkarlığın liderlərindən biri olan Aalaattin Çakıcının vəkili olaraq tanınan Mehmet Sinan İnce söyləyib.

O, sosial şəbəkədə A. Öztürkü döydüyünü və bu hadisəni polislərin gözü qarşısında törətdiyini bildirib.

“Onu vəkillərlə görüş otağında üzündən qanlar axana qədər döyərək polislərə təhvil verdim. Bunların hamısı təhlükəsizlik kameralarının, məhkum yaxınlarının və müdirlərin gözü qarşısında cərəyan edib. Bu şərəfsiz polislərin qarşısında mənə yalvara-yalvara ağlayıb”, - deyə vəkil yazıb.

Qeyd edək ki, Hava Qüvvələrinin keçmiş komandanı Akın Öztürk hərbi çevrilişdə iştirak edən ən yüksək rütbəli şəxsdir.