Türkiyə İraq vətəndaşlarına viza verilməsi qaydalarını dəyişdirib.
“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, fevralın 8-dən başlayaraq İraq vətəndaşları vizaları Türkiyənin nəzarət buraxılış məntəqələrində ala bilməyəcəklər və ölkəyə giriş üçün elektron vizanın alınması lazım olacaq.
Bu qərar qanunsuz miqrasiya ilə mübarizə məqsədilə qəbul edilib.