“Qarabağ” 2-ci dövrənin lideridir

qarabag-2-ci-dovrenin-lideridir
Oxunma sayı: 699

“Qarabağ” Azərbaycan Premyer Liqasında II dövrənin qalibi olub. “Qafqazinfo” xəbər verir ki, mövsümün ilk yarısını 1-ci yerdə başa vuran Ağdam təmsilçisi son 9 turda hamıdan çox - 18 xal toplayıb.

I dövrənin qalibi “Qəbələ”dən yalnız əlavə göstəricilərdə geri qalan Qurban Qurbanovun yetirmələri liderliyə II dövrədəki nəticələri ilə yüksəlib. Ağdamlılar burada hamıdan çox – 5 qələbə qazanıb, “Kəpəz” kimi 1 dəfə uduzub və hamıdan az – 4 top buraxıb. II dövrədə “Sumqayıt” hamıdan çox – 17 qol vurub. Ümumiyyətlə dövrənin 45 matçında 89 qol vurulub.