“Səhv olmalıdır ki, top qapıdan keçsin”

sehv-olmalidir-ki-top-qapidan-kecsin
Oxunma sayı: 732

Bu gün Topaz Premyer Liqasında XI tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, "Neftçi" səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.

"Kapital Bank Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Samir Əliyev qələbəni belə şərh edib:

“Oyundan öncə çox şey yazıldı. Amma hər şey meydançada həll olunur və siz necə gərgin mübarizənin getdiyini gördünüz. Biz bir neçə oyundur ki, qələbə qazana bilmirdik. Sumqayıt səfərində qazanılacaq 3 xal bizə hava və su kimi lazım idi. İlk hissədə hesabda geri olsaq da, ikinci hissədə dönüş edə bildik. Futbol səhvlər üzərində qurulub. Bundan öncəki oyunlarda səhvlər etdik, məğlub olduq. Səhv olmalıdır ki, top da qapıdan keçsin”.