“Moody’s” də Azərbaycanın reytinqini aşağı saldı

moodys-de-azerbaycanin-reytinqini-asagi-saldi
Oxunma sayı: 1983

“Moody’s İnvestors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanın dövlət istiqrazlarının və emitentinin reytinqlərini dəyişdirərək “Ba1” səviyyəsində müəyyən edib.

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, “Moody’s İnvestors Service” Azərbaycanda ÜDM-nin artımının 2015-ci ildə gözlənilən 2,8 faizə nisbətdə 2016-cı ildə 0,7 faiz təşkil edəcəyini proqnozlaşdırıb.

Proqnozlara görə, 2017-ci ildə ÜDM-nin artımı təxminən 1% olacaq və sonrakı illərdə artım davam edəcək.

Daha öncə Standard & Poor's reytinq agentliyi proqnozlarını dərc edərək, 2017-ci ildə Azərbaycanda ÜDM artımının 2% olacağını bildirmişdi. Həmin agentliyə görə, bu göstərici 2018-ci ildə 4%, 2019-cu ildə isə 4,5% təşkil edəcək.