Bankomatdan oğurluq etmək istəyən şəxs tutuldu

bankomatdan-ogurluq-etmek-isteyen-sexs-tutuldu
Oxunma sayı: 1230

Bankomatdan oğurluğa cəhd göstərmiş Şəki rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya veriən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də şəhər ərazisindəki “Beynəlxalq Bank”a məxsus bankomatdan oğurluğa cəhd göstərmiş rayon sakini Vaqif Bayramov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 25-də Sərxan Şirinova məxsus mağazadan tütün məmulatı oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.