ABŞ Suriyanı yalan danışmaqda ittiham etdi

-abs-suriyani-yalan-danismaqda-ittiham-etdi
Oxunma sayı: 630

“Qafqazinfo”nun məlumatına görə, “France-Presse” agentliyinin yaydığı xəbərdə Rays Suriya hakimiyyətinin Hula şəhərində baş verən qırğınlarla bağlı söylədiklərini səs-küylü yalan adlandırıb.

Suriya hökuməti bəyan edib ki, baş verən qətliamda öldürülənlər müxalifət qüvvələrinə tabe olmayan insanlar olub. Təhqiqat qrupunun rəhbəri, general Qasim Camal Süleyman deyib ki, öldürülənlər hökumətə qarşı vuruşmaqdan imtina edən şəxlər olublar.

Suzan Rays bu məlumatla bağlı heç bir sübutun olmadığını bəyan edib. ABŞ diplomatı öz ölkəsinin Bəşər Əsədin istefasında israr etdiyini bildirib.