ADP əmanətlərin qaytarılmasına münasibət bildirdi

-adp-emanetlerin-qaytarilmasina-munasibet-bildirdi-
Oxunma sayı: 639

ADP-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, toplantıda ölkəmizdə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri ilk növbədə Türkiyə, İran və Azərbaycan Xarici İşlər Nazirlərinin Naxçıvanda hər üç ölkənin ictimai siyasi mənafeyinə xidmət edən Naxçıvan görüşünü təqdir edib .

İdarə Heyəti ölkə vətəndaşlarının əmanətlərinin qaytarılması ilə bağlı hakimiyyətin son addımına münasibət bildirib və əmanətlərin qaytarılması məsələsində ciddi ədalətsizliyə yol verilidiyini, əmanətləri qaytaran digər keçmiş sovet ölkələrindən fərqli olaraq Azərbaycan vətəndaşlarına ən az kompensasiya ödənməsini yolverilməz olduğunu diqqətə çatdırıb və hakimiyyəti əmanətlərin qaytarılması məsələsində daha ədalətli mövqe tutmağa çağırıb.

Heyəti üzvləri gənclərin 17 mart mitinqini yüksək qiymətləndirib və partiyanın gənclər təşkilatını digər gənclərlə birlikdə vətəndaşların siyasi fəallığını artıracaq bu kimi tədbirlərin keçirilməsində bundan sonra da aktiv olmağı tövsiyyə edib.

Müxalifət liderlərinin son qapalı görüşünə münasibət bildirən toplantı iştirakçıları müxalifətin ümumi birliyinin əldə edilməsi baxımından sağlam təmələ əsaslanan görüşlərin vacibliyini bir daha diqqətə çatdırıb.