Aureliya Qriqoriun Ermənistan sərhədini keçə bilmədi

-aureliya-qriqoriun-ermenistan-serhedini-kece-bilmedi
Oxunma sayı: 3449


"Qafqazinfo" xəbər verir ki, bunu şənbə günü Trend-ə vəziyyətə yaxın olan mənbə deyib.

Onun sözlərinə görə, Qriqoru Ermənistanda akkreditə olunan diplomatik missiyalardan birinə məxsus avtomobildə sərhədə çatıb, lakin onu ölkə sərhədindən keçməyə icazə verməyiblər.

Mənbənin sözlərinə görə, Ermənistan hakimiyyəti Qriqoriunu Yerevana qayıtmağa və parlamentdəki çıxışına görə üzr istəməyə məcbur edir: "Yalnız bundan sonra onu ölkədən buraxacaqlar. Hazırda Qriqoriu Yerevana gəlir".

Xatırladaq ki, moldovalı ombudsman cümə axşamı Ermənistan parlamentində məruzə edərək bildirmişdi ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib.