“Avropanın vahid enerji siyasəti aydın deyil”

-avropanin-vahid-enerji-siyaseti-aydin-deyil
Oxunma sayı: 1345


"Qafqazinfo" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin sədri Fuad Muradov Azərbaycan qazının Cənub Qaz Dəhlizi ilə Avropaya nəqli ilə bağlı ABŞ dövlət katibi Con Kerrinin Brüsseldə verdiyi bəyanatı şərh edərkən bildirb.

Deputat qeyd edib ki, bu gün Avropanın enerji siyasəti haqqında birmənalı fikir yürütmək olmur. “Bu məsələdə Almaniya və Fransanın mövqeyi digər Avropa dövlətlərindən fərqlidir. Ona görə də dəfələrələ Avronest PA-da çıxışımda da demişəm ki, biz Avropa Birliyinin enerji siyasətini hadisədən –hadisəyə dəyişən formada yox, vahid görmək istəyirik. Biz başa düşmək istəyirik ki, AB-nin enerji siyasəti necə qurmaq fikrindədir”-deyə deputat bildirib.

“Cənub Qaz Dəhlizi” ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Rəsmi Bakı bu layihənin həyata keçirilməsini təkcə Azərbaycan üçün yox, eyni zamanda Avropa üçün yeni bir istiqamət olaraq öz enerji siyasəti üçün müəyyənləşdirib. “Cənab prezident İlham Əliyev öz çıxışında dəfələrlə bildirb ki, “Cənub Qaz Dəhlizi” Avropa üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda bizim həyata keçirdiyimiz enerji layihələri çoxşaxəlidir. Bura yeni terminalların tikilşi, yeni qaz yataqlarının inkişafı və eyni zamanda yeni bazar axtarşı daxildir. Bu hər bir neft-qaz istehsal edən ölkə üçün vacub istimaqətdir. Biz də bu istiqamət üzrə gedirik”.

F. Muradovun sözlərinə görə, ancaq Avropa Birliyində çox zaman bu istiqamətdə tərəddüdlər olub.

Krım böhranı ilə bağlı Rusiyanın enerji satışına Avropada ehtimal olunan məhdudiyyətlərin bazara təsirlərinə gəlincə, bu zaman boşluq yaranacağı bəllidir. Rusiya Avropanın ən böyük enerji təhcizatçısıdır və bəzi Avropa dövlətlərində bu təchizat 70 faizə çıxır. Avropa rus qazından imtina etsə təbii ki, bu dünya bazarında qiymətlərin qalxmasına gətirib çıxaracaq. İstənilən neft-qaz istehsalçısı bu haqda ciddi düşünəcək.

“Avropa bu boşluğu doldurmaq məcburiyyətinədə qalacaq. Burada bir neçə variant mövcuddur: Birinci variant enerjinin ərəb körfəzi üzərindən daşınma həcmini artırmaqdır. Bu texniki baxımdan ciddi və böyük maliyyə tutmlu layihədir. İkincisi, ABŞ son 10 ildə şist qazının istehsalında lider ölkəyə çevrilib. Orada şist qazı və səmt qazının istehsalı yüksək səviyyədədir. Amerikanın bu qazı enerji bazarına çıxarılması imkanları var. Bu ölkənin özünün bu qaza tələbatı böyükdür. Amma bu qazın daşınması ağır tankerlər və böyük maliyyə tələb edəcək. Çünki o qaz əvvəlcə maye halına salınır, sonra daşınır. Şist qazı üçün xüsusi yanaşma lazmdır. Üçüncü variant isə, bütün həcmi bağlamasa da Xəzər dənizindəki yataqlardır. Bu istiqamət Azərbaycan, Türkmənistan üzərindən ola bilər. Fikrimcə, ən real variant Xəzər dənizi yataqlarından istifadə olunmasıdır. Yenə də həcm tələbatın ödənməsi ilə bağlı problem yaransa və Avropa Birliyi məsələyə daha geniş və ciddi yanaşsa o zaman digər mənbələrədən enerji ehtiyatları Avropada adamların rifahına yönəldilə bilər”.

F.Muradov qeyd edib ki, Azərbaycanın bu günkü bizim enerji həcmi Avropanı müəyyən qədər bu böhran dövründə xilas edə bilər. “Amma bu o demək deyil ki, biz hansısa digər ölkəni bu məsələdə rəqib olaraq görürük. Bizm üçün əsas olan Avropanın təhlükəsizliyinin bizimlə də bağlı olan məsələsidir. Azərbaycan özünü heç kimə rəqib saymır. Ölkəmizin enerji siyasəti rəqabət üzərində qurulmayıb. Yəni biz bu siyasətə əməkdaşlıq baxımından yanaşırıq. Əgər Avropaya belə bir neft-qaz məhsulu lazımdırsa biz onu verməyə hazırıq. Amma kimisə əvəz etmək, rəqib olaraq bunu etmək niyyətimiz yoxdur. Bu Azərbaycanın siyasətidir”.