“Azərbaycan gözəldir” – FOTO

 “Azərbaycan gözəldir” – <font color=red>FOTO </font>
Oxunma sayı: 381

Bu barədə “Qafqazinfo”ya məlumat verən xanəndə bildirib ki, diskdə daha çox milli üsluba üstünlük verilib. Diskin hazırlanma mərhələsi bir ay davam edib. Albomdakı mahnılar isə Arzu Əliyevanın səhnəyə çıxandan bu günə kimi yazdırdığı mahnılar arasından seçmələrdir: “Diskin hazırlığı bir ay davam edib. Qısa zaman kəsiyində hazırlasaq da, fikrimcə çox uğurlu iş alınıb. Diskdə yer alan fotoların müəllifi Raj Stevandır. Disk “Səbuhi” studiyasında buraxılıb”.

“Azərbaycan gözəldir” adlı diskdə “Gülür əllər”, “Söylə”, “Buludlar”, “Yar incidi”, “Yandırdın qəlbimi”, “O günlərə qayıdıram”, “Mənim əzizlərim”, “Yağma yağış”, “Vətən yaxşıdır” və iki duet yer alıb. Arzu Əliyevanın duet ortaqları Mirsaleh Əliyev və İlkin Əhmədovdur.

Muğam ifaçısı qeyd edib ki, bu ilin oktyabrında Amerikaya səfər gözlənilir. Bu səfər əsasında isə A. Əlieyvanın bu ölkədə konsertləri təşkil olunacaq.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi