“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır”- - Gürcüstanın baş naziri

-azerbaycan-gurcustanin-strateji-terefdasidir-
Oxunma sayı: 1064


“Qafqazinfo” xəbər verir ki, İ.Qaribaşvili Gürcüstanın Azərbaycanla siyasi, iqtisadi, mədəni və digər sahələrdə çoxəsrlik sıx əlaqələrinin mövcud olduğunu bildirib, bu əlaqələrin inkişafının zəruriliyini qedib.

İ.Qaribaşvili bildirib ki, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması Avropa üçün həlledici əhəmiyyətə malikdir. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu qərar yaxın gələcəkdə Avropanın enerji xəritəsi tamamilə dəyişəcək.

Gürcüstanın bu layihədən hansı mənfəət əldə edəcəyinə gəldikdə, Baş nazir diqqətə çatdırıb ki, təxminən beş il ərzində ölkəsinə 700 milyon dollar məbləğində investisiya yatırılacaq, üç minədək iş yeri yaradılacaq, qaz kəmərinin buraxılış qabiliyyəti 16 milyard kubmetrədək artacaqdır ki, bunun da beş faizi Gürcüstanda qalacaq.

İ.Qaribaşvili iki ölkə arasındakı çoxtərəfli əlaqələrin gələcəkdə daha da dərinləşəcəyinə ümidvar olduğunu ifadə edib.