Azərbaycanda vaqon istehsal olunacaq

-azerbaycanda-vaqon-istehsal-olunacaq
Oxunma sayı: 1565



“Qafqazinfo” xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, dəmir yolu üçün sərnişin vaqonlarının istehsalı və texniki xidmət məqsədilə İsveçrənin “Stadler Rail Group” şirkəti ilə müştərək müəssisənin yaradılması planlaşdırılır. Artıq yeni zavodun və sexlərin tikinti, layihə-smeta sənədləri, ilkin istehsal olunacaq sərnişin vaqonlarının daxili və xarici interyeri, dizaynı, texniki şərtlər barədə layihə sənədləri, fotoşəkillər, albomlar hazırlanıb.

Müəssisənin tikintisi üçün texnik-iqtisadi əsaslandırma sənədləri hazırlanıb və bu istiqamətdə işlər davam etdirilir.