Azərbaycanlılar Ankaraya toplaşır

-azerbaycanlilar-ankaraya-toplasir
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, forumun Azərbaycan üzrə təmsilçisi Aynur İmranova forumun Azərbaycanda bir daha tanıdılması məqsədi ilə mətbuat konfransı təşkil edib. Konfrans iştirakçıları forumda Milli Konqres yaradılma məsələsinin də gündəmdə olduğunu bildiriblər və bu hadisənin Azərbaycan tarixində müstəsna əhəmiyyəti ola biləcəyini vurğulayıblar. Sonda media üçün açıqlama yayılıb.
Açıqlamada qeyd edilir ki, foruma Türkiyədən, Azərbaycandan və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, elm adamları, sənətçilər, diaspor təşkilatları, partiyalar, Qeyri Rəsmi Hökumət təşkilatları nümayəndələri, sənət adamları dəvət edilib.
Foruma 500-dən çox iştirakçının qatılması gözlənilir və hər partiya, hər şəxs, hər QHT təşkilatı, əvvəl müraciət şərti ilə forumun işində iştirak edə bilər:

“Forumumuzun bu xüsusiyyətinin bir nəticəsi olaraq da, bütün iştirakçılar, yol və yerləşmə xərclərini özləri ödəyəcək.
• Müasir bir yığıncaq olması:
Forumumuz, Dünyəvi bir yığıncaq olacaq. Gəncliyin və qadınlarımızın iştirakı mövzusunda xüsusi işlər həyata keçirilir. 40 yaş altı iştirakın % 60, qadınlarımızın iştirakının isə ən az % 30 olması nəzərdə. Xüsusilə, cənublu soydaşlarımızın, partiyalarımızın, təşkilatlarımızın iştirakı mövzusunda maksimum səy göstəriləcək.
• "Qeyri Hökumət Təşkilatı" bir yığıncaq olması: Heç bir dövlətdən maddi ya da hər hansı bir dəstək alınmadan, keçiriləcək”.