“Azerfon” şirkətinin” rəsmisi “Tərəqqi” medalına layiq görüldü

-azerfon-sirketinin-resmisi-tereqqi-medalina-layiq-goruldu
Oxunma sayı: 2912



Qeyd edək ki, xanım Nəsrullayeva rabitəçi ailəsində dünyaya gəlib və telekommunikasiya sahəsinin peşəkarı kimi böyük uğurlara imza atıb. Telekom sahəsində 15 il iş təcrübəsinə malik olan Leyla Nəsrullayeva “Ericcson” və “Siemens” kimi iri şirkətlərdə çalışıb. O, “Azerfon” şirkətində çalışmağa başladığı dövrdən etibarən, müxtəlif layihələrə imza ataraq onların uğurla həyata keçirilməsində müstəsna xidmətlər göstərib. Məhz yüksək peşəkarlığı və işgüzarlığı sayəsində Leyla Nəsrullayeva “Azərbaycan Hava Yolları” (AZAL) təyyarələrində mobil rabitə xidmətinin göstərilməsi ideyasının təşəbbüskarı kimi çıxış edib və bu layihəni uğurla həyata keçirərək “Nar Mobile” mobil operatorunun daha bir ilkə imza atmasını təmin edib. Təsadüfi deyil ki, o, dövlət başçısının son sərəncamı ilə “Tərəqqi” medalına layiq görülən yeganə xanım olub. 

“Azerfon” ailəsi öz əməkdaşının bu uğurundan böyük qürur hissi duyaraq, öz sıralarında peşəkar kadrların yetişməsinə sevinir və onların ölkə qarşısındakı xidmətləri müqabilində dövlət mükafatına layiq görülmələri faktı ilə fəxr edir. İnsan resurslarına böyük önəm verən şirkət uğurlu kadr strategiyası sayəsində bundan sonra da öz əməkdaşları arasında yüksəkixtisaslı peşəkarların yetişəcəyinə inanır və onların səsinin ən ali tribunalardan gələcəyindən şübhə etmir. 

“Azerfon” şirkəti “Tərəqqi” medalı ilə təltif edilən bütün rabitəçiləri, informasiya-kommunikasiya sahəsinin işçilərini bu münasibətlə təbrik edir və onların hər birinə yeni-yeni uğurlar arzulayır.