“Azərsu” yeni pilot layihənin icrasına başlayıb

-azersu-yeni-pilot-layihenin-icrasina-baslayib
Oxunma sayı: 647

Pilot layihə çoxmərtəbəli yaşayış binalarının fasiləsiz rejimdə içməli su ilə təchiz edilməsini nəzərdə tutur. Layihəyə əsasən Yeni Günəşlinin “Q” yaşayış massivində 27 ədəd doqquzmərtəbəli binanın su təchizatı sistemi yenidən qurulacaq. Bu məqsədlə müxtəlif diametrli borularla 1280 metr uzunluğunda paylayıcı su xətləri çəkiləcək. Binadaxili su xətləri polietilen borularla yenilənərək su sayğacları ilə birgə pilləkən qəfəslərinə çıxarılacaq.

Pilot layihə üzrə tikinti-quraşdırma işləri tam başa çatdıqdan sonra 4200-dək sakinin su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Uzun illər içməli suyu fasiləli rejimdə su alan sakinlər dayanıqlı su ilə təmin olunacaq. Yeni layihə çərçivəsində magistral və binadaxili su xətlərinin yenilənməsi qəza hallarının və su itkilərinin qarşısı almaqla içməli suya qənaət etməyə imkan verəcək. Sayğacların pilləkən qəfəslərinə çıxarılması isə onların oxunmasını asanlaşdıracaq.