“Azərsun Holdinq” xeyriyyə tədbiri keçirdi

-azersun-holdinq-xeyriyye-tedbiri-kecirdi
Oxunma sayı: 1008


Sakinlərə müxtəlif hədiyyələr paylayan şirkət ahılların da bu günü yüksək səviyyədə qeyd etməsinə öz töhvəsini verib. Pansionatda məskunlaşan yaşlı insanlarla nahar süfrəsi arxasında görüşən şirkət nümayəndələri sakinlərin şəraiti və istəkləri ilə də maraqlanıblar. Və onlara istənilən məsələlərdə yardım göstərməyə hazır olduqlarını bildiriblər. Azərbaycanın tibb tarixinə adını qızıl hərflərlə yazdıran Zərifə xanım Əliyeva əldə etdiyi yüksək elmi nailiyyətlərə görə SSRİnin bir çox ali mükafatlarına layiq görülüb. “Azərsun Holdinq” ölkəmizdə oftalmologiyanın inkişafında əvəzsiz rol oynayan Zərifə xanım Əliyevanın xatirəsini hörmətlə anaraq hər il onun doğum gününə həsr edilmiş müxtəlif tədbirlərdə yaxından iştirak edir və müxtəlif layihələr reallaşdırır.