Bakcell “Karyerada ilk addım” devizi altında iş axtaranlara daha yaxın olur

-bakcell-karyerada-ilk-addim-devizi-altinda-is-axtaranlara-daha-yaxin-olur
Oxunma sayı: 987


İş axtarışında olan təcrübəli peşəkarlara Bakcell şirkətinin müxtəlif departamentlərində olan vakant yerlər barədə məlumat verilib və onların iş üçün müraciət anketləri qəbul olunub. Bakcell şirkətinin tələbələr üçün nəzərdə tutulmuş Yay təcrübə proqramının təqdimatı isə xüsusi marağa səbəb olub.     

"Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirlərinin il ərzində digər bir sıra ali təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.

Azərbaycanda ən böyük işəgötürənlərdən biri olan Bakcell şirkəti, bütün işçilər və namizədlər üçün eyni şərait yaradır.  Şirkət işə qəbul və seçim prosesində şəffaflıq prinsiplərinə riayət edir.  Bakcell-də  mövcud olan bütün vakansiyalar şirkətin rəsmi internet səhifəsində (www. bakcell.com) yerləşdirilir və namizədlər müvafiq qaydalara riayət etməklə iş üçün müraciət formalarını göndərə bilirlər.