Bakcell Müştəri Təcrübəsinin İdarə Edilməsi Sistemini istifadəyə verir

-bakcell-musteri-tecrubesinin-idare-edilmesi-sistemini-istifadeye-verir-
Oxunma sayı: 913


Bakcell dünyanın informasiya və kommunikasiya texnologiyaları (İKT) həlləri sahəsində aparıcı şirkəti olan Huawei ilə əməkdaşlıq çərçivəsində xidmət keyfiyyətinin qiymətləndirilməsi üzrə yeni sistem yaradacaq. Bu sistem xidmətin keyfiyyətinin təkmilləşdirilməsi, əməliyyat effektivliyinin artırılması və biznesin davamlı inkişafı üçün müştəri məmnuniyyətinin yüksəldilməsində Bakcell şirkətinə kömək edəcək.

Son illərdə “Bakcell”in strateji diqqəti şirkətin müştərilərə təqdim etdiyi bütün şəbəkə texnologiyaları və xidmətlərində müştəri təcrübəsinin və məmnuniyyətinin artırılmasına yönəlib. Bakcell şirkəti müştərilərini yüksək səviyyəli təcrübə və ən üstün xidmət keyfiyyəti ilə təmin etmək məqsədilə son-istifadəçi təcrübəsinin idarə edilməsinə sərmayə yatırır.  

“Effektiv əməliyyat transformasiyası vasitəsilə Bakcell müştəri təcrübəsinin idarə edilməsi sisteminə qoyulan sərmayələrdən istifadə edərək müştəri təcrübəsini daim diqqət mərkəzində saxlayaraq Azərbaycanın telekommunikasiya bazarının liderinə çevriləcək”, deyə Bakcell şirkətinin baş texniki direktoru Yigit Berktaş bildirib. 

Huawei SmartCare® sistemi multi-ölçülü səs və data xidmətlərinin qiymətləndirilməsi ilə yanaşı real vaxt rejimində E2E multi-vendor şəbəkə keyfiyyətinin monitorinqini və təhlili mühitini təmin edir. Bu sistem Əsas Keyfiyyət Göstəricisi (ƏKG), VIP xidmət imkanları, korporativ istifadəçilər üçün Xidmət Səviyyəsinə dair Razılaşma, rouminq təhlili, şikayətlərin emalında yardım və GSM/UMTS/LTE şəbəkələri üçün digər əlavə funksiyaları təqdim edir.  

“Huawei Bakcell şirkətinin SmartCare® həllini seçdiyinə görə olduqca məmnundur və biz inanırıq ki, öz müştərilərini ən yüksək keyfiyyətli müştəri təcrübəsi ilə təmin etməkdə Bakcell şirkətinə köməklik edəcəyik”, deyə Huawei Azərbaycan nümayəndəliyin baş direktoru, Quo Xiaobing bildirib.