“Bakcell” rouminq qiymətlərini yarıdan çox endirdi

-bakcell-rouminq-qiymetlerini-yaridan-cox-endirdi-
Oxunma sayı: 1529


 Dəyişiklik həm daxil olan, həm gedən zəngləri əhatə edir. Bunun sayəsində bütün abunəçilərimiz bir çox ölkələrdə daxil olan rouminq zəngləri üçün  50%-dən artıq endirim əldə ediblər.  Bu isə o deməkdir ki, ən çox istifadə olunan istiqamətlərdə (ölkələrdə) daxil olan zənglərin bir dəqiqəsinin qiyməti 65 qəpikdən 32 qəpiyə düşüb. 

Bütün CİN, KLASS və Gold  tariflərinin fərdi abunəçilərində rouminq xidməti avtomatik şəkildə aktivləşir və hər hansı məbləğin depozitə yerləşdirilməsi şərti yoxdur. Gold korporativ tarifli abunəçilər isə rouminq xidmətinin aktivləşdirilməsi üçün kuratorlarına müraciət edə bilərlər.  

Qeyd edək ki, Bakcell şirkətinin 166-dan çox ölkənin 370-dən çox mobil operatorları  ilə rouminq müqaviləsi var və onların sayı daim artmaqdadır. 

Azərbaycandan kənarda olan həmyerlilərimizin istənilən Bakcell nömrəsinin balansını daha rahat artıra bilmələri  üçün isə Rusiya, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərində beynəlxalq balansartırma xidməti mövcuddur.  Bu ölkələrdə fəaliyyət göstərən xidmət nöqtələrində abunəçilər səfərdə olarkən balansartırma xidmətindən yararlana bilərlər.