“Bakcell”dən DoğmaCIN istifadəçiləri üçün pulsuz dəqiqələr

-bakcellden-dogmacin-istifadecileri-ucun-pulsuz-deqiqeler-
Oxunma sayı: 1339


Azərbaycanın bölgələrində yaşayan Bakcell abunəçilərinə  ən sərfəli qiymətlər təklif edən DoğmaCİN tarifinə qoşulan  abunəçilərin sayı gündən-günə artmaqdadır.

 10 dəqiqəlik danışıq hədiyyəsini əldə etmək üçün 5979 qısa nömrəsinə pulsuz SMS yollamaq yetərlidir. Bonus dəqiqələrini 25 fevral–10 mart 2014-cü il tarixləri arasında istənilən zaman əldə etmək olar. Bonuslardan istifadə olunması üçün son tarix isə 12 mart 2014-cü ildir.

Qeyd edək ki, DoğmaCIN tarifində şəbəkədaxili danışığın qiyməti 1 dəqiqə üçün 2 qəpik, Azərbaycan daxilində bütün digər nömrələrə isə dəqiqəsi 4 qəpik təşkil edir. Bundan əlavə, DoğmaCIN tarifində olan abunəçilər istənilən Bakcell nömrəsini Sevimli nömrə etməklə həmin nömrə ilə 1 saatlıq danışıq üçün cəmi 2 qəpik ödəyirlər.

http://www.bakcell.com/az/dogmacin linkinə daxil olmaqla DoğmaCİN barədə bütün məlumatı əldə etmək olar.