Bakıda BMW-dən pul oğurlayan tutuldu

-bakida-bmw-den-pul-ogurlayan-tutuldu
Oxunma sayı: 1687


Martın 26-da Şağan qəsəbə sakini Fərhad Mustafayev yaşadığı evin qarşısında mübahisə zəminində Buzovna qəsəbə sakini Rüstəm Kərimova bıçaq xəsarəti yetirdiyinə görə Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Namiq Qafarovdan 460 qram marixuana götürülüb.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Oktay Əliyev tutulub.

Martın 25-nə keçən gecə Lökbatan qəsəbəsində yaşayan Şəadət Əsgərova məxsus «VAZ-2106» markalı avtomobil qaçırılıb. Qaradağ RPİ CAŞ və 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, avtomobili qaçıran Bakı şəhər sakinləri Məmməd Əzimov, Nadir Dadaşov və Kərim Məcidov tutulublar. Avtomobil martın 26-da Əmircan qəsəbəsi C.Cabbarlı küçəsində saz vəziyyətdə tapılıb.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Ağasəlim Əliyevdən 405 qram marixuana götürülüb.

Oktyabrın 7-nə keçən gecə R.Quliyev küçəsində, orada yaşayan Nəsrəddin Əhmədova məxsus «BMW» markalı avtomobilin saxlanc yerindən naməlum şəraitdə 4500 manat və 2000 ABŞ dollar oğurlanıb. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Rauf Baxşiyev tutulub.