“Baku Open” başladı

-baku-open-basladi
Oxunma sayı: 649

“Qafqazinfo”nun Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mübarizəyə «A» qrupunda 64, «B» qrupunda 145, «C» qrupunda 97 iştirakçı qatılıb. Turnir iştirakçıları Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Hindistan, Belarus, Özbəkistan və Norveçi təmsil edirlər.

Qeyd edək ki, yarışın 2 turu artıq başa çatıb. Ən güclülərin «A» qrupunda Azərbaycan şahmatçıları Eltac Səfərli, Qədir Hüseynov və Vasif Durarbəyli, eləcə də rusiyalı Yevgeni Alekseyev, türkiyəli Barış Esen və iranlı Ehsan Qaem Məqami maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edirlər.

«B» qrupunda 2 xallı 23 liderdən 22-si Azərbaycandandır. «C» qrupunda isə 2 xallı 13 şahmatçının hamısı yerli şahmatçılardır. Turnir oktyabrın 1-dək davam edəcək.