Bank VTB çağrı-mərkəzinə 50 minə yaxın müraciət daxil olub

-bank-vtb-cagri-merkezine-50-mine-yaxin-muraciet-daxil-olub
Oxunma sayı: 1162


Bank VTB (Azərbaycan) ASC-nin çağrı-mərkəzinin rəhbəri Ayaz Əhmədov qeyd edib ki, çağrı-mərkəzi bayram günlərində də müştərilərə fasiləsiz xidmət göstərir.  Novruz bayramı günlərində (martın 20-26-da) mərkəzə 400-dən artıq müraciət daxil olub, 100-dən artıq müraciətə bankın rəsmi saytında olan “onlayn-məsləhət” xidməti vasitəsilə baxılıb. 

Çağrı-mərkəzi, daxil olan zəngləri və kreditlər üzrə bankın saytına daxil olan onlayn-sifarişləri qəbul edir, habelə ödənişi gecikdirən (30 günədək) müştərilərlə işləyir, müştərilərə kreditlərin ödənişini xatırladır və müştəriləri ad günləri münasibətilə təbrik edir. Bundan başqa, mərkəzdə “zəng sifarişi” xidməti də fəaliyyət göstərir: bankın saytında öz telefon nömrəsini yerləşdirmiş müştərilərə çağrı-mərkəzinin mütəxəssisi tərəfindən zəng vurulur və məsləhət xidməti göstərilir. 
“Cari ildə mərkəz vasitəsilə aktiv satışların gercəkləşməsini və hüquqi şəxslərlə aparılan işin genişləndirilməsini planlaşdırırıq”, - deyə Əhmədov əlavə edib.