Bank VTB “Əhmədli” filialının açılışı oldu

-bank-vtb-ehmedli-filialinin-acilisi-oldu
Oxunma sayı: 1695


Filialın açılış mərasimində Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri, həmçinin bankın səhmdarları: VTB Qrupun və “AtaHolding” ASC-nin nümayəndələri iştirak etmişlər. 

“VTB (Azərbaycan) beş ildən artıqdır ki, ölkənin maliyyə bazarında bank xidmətlərini göstərir. Bankın Baş ofisi ilə birgə altıncı satış nöqtəsi fəaliyyətə başlayıb. Digər filialların işinin səmərəliliyini nəzərə alsaq, əminliklə deyə bilərik ki, Bank VTB (Azərbaycan) ASC-nin filial şəbəkəsinin genişləndirilməsi strategiyası çox effektivdir. Filiallar kifayət qədər tez bir zamanda gəlirliyi artırır və bizim bank ölkə banklarının renkinq siyahısında mövqeyini sürətlə yüksəldir”, -  deyə İdarə Heyətinin sədri Aleksandr Yeryomin vurğulamışdır.