Bank VTB yeni filialını açacaq

-bank-vtb-yeni-filialini-acacaq
Oxunma sayı: 1068


Bakı şəhərinin Səbail rayonunda mayın 30-da Bank VTB (Azərbaycan) ASC-nin sayca altıncı filialının açılış mərasimi keçiriləcək. Yeni filial "Sahil" metrostansiyasının çıxışında, Bülbül prospekti 7 ünvanında, paytaxt əhalisinin sıx məskunlaşdığı ərazilərdən birində yerləşir.

Filialın açılış mərasimində VTB (Rusiya) qrupunun və Bank VTB (Azərbaycan) ASC-nin baş ofisinin nümayəndələri, həmçinin "AtaHolding"in rəsmi təmsilçiləri iştirak edəcəklər.

Yeni filialda fiziki və hüquqi şəxslərə hər növ bank xidmətləri təqdim olunacaq. Belə ki, "Sahil" filialında müştərilərə depozitlərin yerləşdirilməsi, kreditləşmə üzrə xidmətlər, valyuta dəyişmə əməliyyatları, plastik kart və təcili pul köçürmə əməliyyatları üzrə xidmətlər göstəriləcək.