“Bu Azərbaycan futbolunu irəli aparır”

-bu-azerbaycan-futbolunu-ireli-aparir-
Oxunma sayı: 640

Bu sözləri İngiltərənin "Mançester Yunayted" futbol klubunun əfsanəvi qapıçısı, klubun heyətində 1999-cu il Çempionlar Liqasının qalibi, Danimarka millisinin heyətində 1992-ci ildə Avropa çempionu olmuş Peter Şmeyxel Trend-ə açıqlamasında bildirib.

"Neftçi"nin hazırda Avropa Liqasındakı oyunları barədə məlumatlıyam. Hesab edirəm ki, bu uğur Azərbaycan futbolu üçün çox böyük nailiyyətdir və Azərbaycan futbolunu irəli aparır", - Şmeyxel deyib.

O, Azərbaycan milli komandası barədə də danışıb. "Azərbaycan yığması DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində çıxış etdiyi F qrupunda artıq bir xal toplamağı bacarıb", - əfsanəvi qapıçı deyib.

Şmeyxel Azərbaycan millisinin seçmə mərhələdə sabah Rusiya ilə keçirəcəyi görüşə şərh verib. "Azərbaycan Rusiya ilə görüşdə qalib olsa, bu, çox maraqlı nəticə olar və seçmə qrupda olan mübarizəni daha da gərginləşdirə bilər", - "Mançester Yunayted"in sabiq qapıçısı deyib.