“Çox peşimanam ki, Brillianta Facebook-u öyrətdim”

-cox-pesimanam-ki-brillianta-facebook-u-oyretdim
Oxunma sayı: 655



“Qafqazinfo” xəbər verir ki, verilişinə xoş xəbərlə başlayan aparıcı bildirdi ki, Əlixan Səmədovun albomu satışına görə Türkiyədə birincidir. O bunu təsdiq edən məlumatı saytdan canlı olaraq nümayiş etdirdi. Ə.Səmədov bildirdi ki, albomda “Kimlər gəldi, kimlər getdi” mahnısını da oxuyub. Verilişdə bir məsələnin də üstü açıldı. Demə, bu mahnını oxumağı ona Brilliant xanım öyrədibmiş.

Onu da qeyd edək ki, Brilliant xanım şəkərbura, paxlava, qoğal, ləbləbili xonçası, səmənisi ilə Novruz bayramını verilişində yadda qalan qeyd etdi. Bayram şirniyyatlarının ləzzəti haqda ürək dolusu danışdı. Əlbəttə ki, Novruz bayramının adət-ənənələri haqda türk dövlətlərinin tamaşaçılarına geniş məlumat verdi. Xatırladaq ki, “Brilliantla Pırlantalı gecələr” verilişi türk dövlətlərdə nümayiş edilir.

Verilişdə Əlixan Səmədovla Brilliant Dadaşova ilə yumurta da döyüşdurdülər. Öncədən də şərt kəsdilər. Brilliant xanım dedi ki, udsa sevdiyi parfümü ondan hədiyyə gözləyəcək. Amma Brilliant xanımın yumurtası sındı və ətri Əlixan bəyə o almalı olacaq. Zamiqə də uduzan Brilliant xanım “bu gün şansım məndən uzaq düşüb”, - dedi.
Ə.Səmədov Zamiqə də qalib gəldi.

Həmişəki kimi verilişində “Facebook” səhifəsindəki dostlarının ismarıclarını bölüşən Brilliant xanıma Ə.Səmədov zarafatla “çox peşimanam ki, “Facebook”-dan istifadəni sənə öyrətdim. İstəyirdim ki, sosial şəbəkədən istifadə edəsən, amma orada bu qədər çox olacağını düşünmürdüm”.

Verilişdə o da bəlli oldu ki, Brilliant xanım Zamiqlə bir neçə mahnını duet ifa edəcək. Artıq bütün mahnılar hazırdır, yaxın vaxtlarda müğənnilər səslərini yazdırmaq üçün studiyada görüşəcəklər.

Daha sonra Zamiq repertuarındakı Azərbaycan mahnılarını ifa etdi, Ə. Səmədov isə balabandakı mahir ifası ilə tamaşaçılara əsl musiqi ziyafəti yaşatdı.
Onu da qeyd edək ki, martın 21-də Brilliant Dadaşova Gəncədə meydanda xalq konserti verəcək. O verilişdə tamaşaçıları konsertə dəvət etdi.

Martın 23-də isə Brilliant xanım İstanbulda Azərbaycan musiqi sevərləri üçün konsert verəcəyini açıqladı.