“Cümə məscidi” Ramazan bayramına xüsusi hazırlıq görür

-cume-mescidi-ramazan-bayramina-xususi-hazirliq-gorur
Oxunma sayı: 1090

Qurani-Kərimin nazil olduğu bu bayrama məscidin icması tərəfindən xüsusi hazırlıq görülüb. İçəri şəhər “Cümə məscidi”nin axundu Hacı Surxay Məmmədlinin “Qafqazinfo”ya verdiyi məlumata görə, artıq bir neçə ildir ki, Ramazanın bütün günlərində məsciddə icma üzvləri və imkansızlar üçün iftar süfrələri təşkil olunur: “İftar süfrələrinin keçirilməsi üçün imkanlı qardaşlarımızın, o cümlədən tanınmış incəsənət xadimləri, iş adamlarının köməyi, həmçinin “Cümə məscidi” dini icmasının üzvlərinin yaxın iştirakı ilə müvafiq tədarük görülüb, imkansız, kasıb, xəstə, əlil qardaş və bacılarımızı sevindirmək məqsədi ilə onlara ərzaq payları da paylanıb. Ramazan bayramı günü məsciddə bayram namazı qılınacaq, mömin qardaş və bacılarımız üçün bayram süfrəsi təşkil olunacaq”.

Hacı Surxay Məmmədli hər bir imkansız ailənin evində bayram günü xörəyin bişirilməsinə yardımçı olmağı bütün imkanlı müsəlmanlar üçün savab və borc olduğunu bildirib, bütün Azərbaycan xalqının qarşıdan gələn Ramazan bayramını təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.

Nigar Məmmədli