“Dinlər arasında dialoq absurddur”-Nazir

-dinler-arasinda-dialoq-absurddur-nazir
Oxunma sayı: 637

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Türkiyənin Din İşləri naziri Mehmed Görməz dinlərarası dialoq məsələsinə münasibət bildirib. Qazaxıstanın paytaxtı Astanada jurnalistlərin suallarını cavablandıran Görməz dinlər arasında dialoqun qeyri-mümkün olduğunu deyib.

“Dinlərarası dialoq mümkün deyildir. Yalnız fərqli dinlərin mənsubları arasında dialoq mümkündür. Belə ki, müxtəlif dinlərin nümayəndələri ekologiya, müharibə və s. məsələləri müzakirə edə bilərlər. Ancaq dinlər arasında dialoqun həyata keçirilməsi absurddur”, - deyə türkiyəli nazir bildirib.