Erməni biznesmeni belə öldürdülər - - Video + Ölüm anı

-ermeni-biznesmeni-bele-oldurduler-
Oxunma sayı: 6789


İyunun 11-də axşama yaxın  Moskvanın  Novinski bulvarında  yerləşən “Lotte Plaza” oteli yaxınlığında məşhur erməni biznesmeni Ovik Muradyan qətlə yetirilib. “Qafqazinfo” xəbər verir ki, o, Ermənistanın  İrandakı səfiri  Murad Muradyanın  qardaşıdır.

Erməni qardaşlar hələ 1992-ci ildə “Bamo” adlı Beynəlxalq  tikinti  şirkəti  yaradaraq  qısa  vaxt ərzində məşhurlaşmışdılar. Sonradan  qardaşlardan biri İraqa səfir təyin olunub, o biri isə “Bamo” şirkətinə rəhbərlik etmək üçün Moskvada qalıb.

Şirkətin ortaq rəhbəri, 51 yaşlı O.Muradyanın öldürülməsi  hadisəsi təhlükəsizlik kamerası tərəfindən anbaan izlənilib. Kamera görüntülərindən sonra Moskva polisi və müstəntiqlər belə qənaətə gəliblər ki,  erməni  iş adamının öldürülməsi  sifariş xarakterli olub. Öz qurbanını kənardan izləyən maskalı  killer  çox ehtiyatlı və planlı şəkildə tapşırığını yerinə yetirdikdən sonra, kənarda onu gözləyən “Toyota  Kamri” markalı maşına minərək aradan çıxıb.

Beş dəfə bıçaq zərbəsi almış  və bir müddət sağ qalan bizmesmen əli ilə sağ tərəfini tutaraq otelin girişinə tərəf qaçıb. Otel gözətçisi onu otelin qapısında yerə oturdaraq sakitləşdirməyə çalışır. Lakin  təcili yardım gələrkən o, keçinir. Görünür  killer öz işinin ustası olub, çünki, bıçaq zərbələri ancaq qara ciyər  nayihəsinə vurulub ki,  ölümcül olsun.

“Life News” mənbəsinin məlumatına görə, faktla əlaqədar Moskva polisi tərəfindən cinayət işi qaldırılıb. Killerin axtarışı aparılır.

İsmayıl Tanrıverdi
BDU-nun Erməni araşdırmaları  
ETL-in böyük elmi işçisi