“Erməni xalqı Qarabağ klanından yaxa qurtarmalıdır” – - İlham Əliyev

-ermeni-xalqi-qarabag-klanindan-yaxa-qurtarmalidir-
Oxunma sayı: 1235


“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev Füzuli rayonuna səfəri zamanı rayon icimaiyyəti ilə görüşdə deyib. O, bildirib ki, hazırda təmas xəttində erməni kəndləri yoxdur: “Nə burada, nə Ağdamda, nə başqa yerdə. Çünki bunlar hamısı Azərbaycan torpağıdır. Amma Tovuz, Qazax istiqamətində erməni kəndləri var, insanlar oradan qaçır, qorxurlar. Onların prezidenti bu yaxınlarda özü etiraf etmişdir ki, ölkədən kütləvi köçün səbəblərindən biri Dağlıq Qarabağ münaqişəsidir. Valideynlər qorxurlar, uşaqları orduya vermək istəmirlər. Yəni, bu kriminal rejimi qorumaq üçün niyə onların vətəndaşları həlak olmalıdır. Ona görə, erməni xalqı özü başa düşməlidir ki, bu kriminal rejim orada nə qədər hakimiyyətdədir, Ermənistanın inkişafı mümkün deyil. Erməni xalqı bu kriminal Qarabağ klanından yaxasını qurtarmalıdır. İndi onlara Qarabağ klanı deyirlər. Əslində Qarabağ bizim dədə-baba torpağımızdır, amma Ermənistanda onlara Qarabağ tayfası deyirlər. Əminəm ki, erməni xalqı müdriklik göstərməlidir. Çünki onlar da başqa millətlər kimi müstəqil, azad olmaq istəyirlər, kriminal rejim hakimiyyəti altında yaşamaq istəmirlər.

Bizim müharibəmiz haqq-ədalət müharibəsidir. Biz istəyirik ki, məsələ ədalətlə həll olunsun - beynəlxalq hüququn norma və prinsiplərinə uyğun və ədalətli. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Çünki bu, bizim tarixi torpağımızdır və hüquqi cəhətdən bizim torpağımızdır. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ Respublikası”nı respublika kimi tanımır və tanımayacaqdır. Bu, gözəl əsas yaradır. Bu əsas bizə imkan verir ki, istənilən vaxtda öz ərazi bütövlüyümüzü bərpa edək. Bunu etmək üçün müxtəlif amillər var – iqtisadi, hərbi, siyasi və beynəlxalq. Biz öz addımlarımızı elə atmalıyıq ki, nəticə 100 faiz olsun, 200 faiz olsun və belə də olacaqdır”.