GALAXY Note 4 və GALAXY Alpha-nın ilk satış günü

-galaxy-note-4-ve-galaxy-alpha-nin-ilk-satis-gunu
Oxunma sayı: 1218


Bildiyiniz kimi, 10 Oktyabrda Samsung Electronics şirkəti 5.7 düym ekranlı Galaxy Note 4 və 4.7 düym ekranlı Galaxy Alpha-nı 28 May küçəsində yerləşən “Brend” mağazasında təqdim etdi. Bu təqdimatla Samsung həm də satış gününə və öncədən sifariş üçün iki həftəlik geriyə sayımı başlatmış oldu.

Bu iki həftə ərzində Samsungun yeni flaqmanlarının həyəcan dalğası ölkəni bürüdü.Galaxy Note 4 və Galaxy Alpha ilə şirkət alıcılara müvafiq olaraq funksional dəblə dəbli funksionallıq arasında seçim etməyi təklif edir. Alıcılar eyni zamanda onlayn olaraq üç partnyor platformada və şirkətin rəsmi facebook səhifəsində (facebook.com/samsungazerbaijan), həmçinin alış veriş mərkəzlərindəki xüsusi zonalarda  öncədən sifarişi həyata keçirə bilirdilər. Bütün bu prosesin kulminasiya nöqtəsi isə satışa saatlar qala Fəvvarələr meydanındakı nəhəng monitorda geriyə sayımın və sifariş şərtlərinin yayımı oldu.

Artıq ilk gün daxil olmuş yüzlərlə sifarişlər satışın başlayacağı günün gərginliyi haqda xəbər verirdi. Smartfonların satışa çıxacağı mağazalar 24 Okyabr üçün xüsusi hazırlıq rejiminə keçmiş və müştəri axınını qarşılaya bilmək üçün optimallaşdırılmışdı. Bu məsələnin öhdəsindən mağazalar kifayət qədər uğurlu gəldi və də bütün alıcılar telefonlarını və aldıqları hədiyyə kuponu qarşılığında aksesuarları rahatlıqla əldə etdilər.    

Artıq ölkəmizdə də Samsung sevərlərGalaxy Note 4 – ün yeni geniş “selfie”, təkmilləşdirilmiş S Pen, 16 meqapiksellik maksimal imkanlı kamera və cəmi yarım saata 50% dolan gücləndirilmiş batareya və dəbli dizaynını, həmçininGalaxy Alpha-nın nazik dizaynlı, kompakt ölçülü, metal çərçivəli və xoş teksturalı korpusunuqiymətləndirə biləcəklər.