“Güney Azərbaycan azadlığını həsrətlə gözləyir”- Müsahibə

-guney-azerbaycan-azadligini-hesretle-gozleyir-musahibe
Oxunma sayı: 674

- Qorxmaz bəy, bu gün Güney Azərbaycanda cərəyan edən hadisələr haqqında nə deyə bilərsiniz?
- Bu gün Güney Azərbaycan gedən hadisələr hər bir Azərbaycan türkünun diqqət mərkəzində olmalı və orada yaşayan milyonlarla soydaşlarımıza mənəvi dəstəyimizi verməliyik. Xüsusilə, onu qeyd etməliyik ki, Güney Azərbaycanın türk dünyasının bir parçasıdır və məsələlələrə türk dünyası baxımından yanaşmaq lazımdır. Yəni, Güney Azərbaycanı türk dünyasında kənarda qoymaq düzgün yanaşma deyil. Güney Azərbaycandakı soydaşlarımızı sahibsiz buraxsaq, gələcək nəsillər bizi mühakimə edə bilərlər.
Hazırda Güney Azərbaycanda vəziyyət olduqca ağırdır. Çünki rejim çox qəddardır, soydaşlarımızı basqı altında saxlayır. Ancaq, buna baxmayaraq hadisələr inkişaf sürəti ilə davam etməkdədir və bu bizi çox məmnun edir.

- Siz, yəqin ki, son günlər Urmu gölü ətrafında cərəyan edən hadisələri nəzərdə tutursunuz?...

- Bilirsiniz ki, bu məsələlərə geniş alanda baxmaq lazımdır. Güney Azərbaycan Səttarxanın sözü ilə desək: “Azərbaycan daş qazan kimidir, gec qızar və soyuması isə çox çətin olur”. Urmu məsələsi hadisələri üçün bir qığılcım oldu. Urmu məsələsinə qədər güneydə aksiyalar baş verib. Təkcə, 2006 ci il may hadisələri Güney Azərbaycan Hərəkatına böyük təsir etdi və rejim xalqımızın gücünü gördü.
Bu gün Urmu gölü məsələsi ekoloji fəlakətdən, milli məsələyə keçib. Nəzərə almaq lazımdır ki, Urmu gölü quruldularsa, həmin bölgədə yaşayan milyonlarla Azərbaycan türkü bölgəni tərk etməyə məcbur olacaq. Bu deməkdir ki, “quruldulma siyasəti” nin arxasında rejim güneydə olan milli gücü dağıtmaq istəyir və siyasət buna hesablanıb. Bu, məsələdə xalqımız həssas olmalı və orada cərəyan edən hadisələri millətimizin xeyrinə olunması üçün hamılılıqla birgə çalışmalı əsas hədəfimiz olmalıdır.

- Sizcə, nə etməliyik ki, orada cərəyan edən hadisələr bizim istədiyimiz şəkildə cərəyan etsin?

- Əsas odur ki, xalqımızı vahid güc mərkəzi ətrafında birləşdirməliyik. Başqa yolumuz yoxdur. Yeganə yol-xalqımızın milli həmrəyliyini yaradıb, onun istiqamətində hərəkət etməkdir. Malik olduğumuz tarixi dəyərlərimiz bizə güc verməlidir. Əgər, biz buna nail ola bilsək, beynəlxalq dəstək artacaq. Siyasətdə belə bir anlayış var ki, “sən ortaya güc qoyursansa, səninlə mütləq hesablaşmalıdırlar”.
Bu il Quzey Azərbaycan müstəqilliyinin 20 illiyini qeyd edir. Güney Azərbaycan bu azadlığı həsrətlə gözləyir. Mən, inanıram ki, Güney Azərbaycan azadlığını əldə edəcək. Bu aydınlı yolda aparılan mücadilə öz bəhrəsi verəcək. Çünki hadisələrin inkişaf mərhələsi buna işarə edir.

Söhbətləşdi: Elnur Eltürk