Hulusi Kılıça fəxri fərman təqdim olundu

-hulusi-kilica-fexri-ferman-teqdim-olundu
Oxunma sayı: 663

Beynəlxalq Diaspor Mərkəzinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə səfir BDM-in bu günə kimi Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində verdiyi töhfəyə görə təşəkkürünü bildirərək, dünya türk diaspor hərəkatının birgə fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində BDM-in həyata keçirdiyi tədbirlərin tədqirəlayiq olduğunu qeyd etdi. Qonaqları salamlayan BDM sədri İsmayıl Ağayev mərkəzin fəaliyyəti haqqında geniş məlumat verərək öz növbəsində Türkiyənin Azərbaycandakı Səfirliyinin və şəxsən Hulusi Kılıçın Türkiyə-Azərbaycan münasibətlərində göstərmiş olduğu xidmətləri qeyd etdi.

Görüşdə iştirak edən BDM-in sədr müavini prof. Vaqif Arzumanlı, BDM-in Qarabağ Departamentinin rəhbəri, şair Ənvər Əhməd, İrəvan Departamentinin rəhbəri, fəlsəfə doktoru Əziz Ələkbərli, Avropa nümayəndəliyinin rəhbəri prof. Azər Kərimov, Rusiya nümayəndəliyinin rəhbəri Ələmdar Nəbiyev, sədr müavini Şəmistan Əlizamanlı, İtaliya nümayəndəliyinin rəhbəri Kamran Rəsulzadə, Aparat rəhbəri Samir Adıgözəlli, Departament rəhbəri Ceyhun Ağayev və mətbuat xidmətinin rəhbəri Könül Kərimova öz çıxışlarında Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən işlər haqında, BDM-in həyata keçirdiyi tədbirlər haqqında danışaraq, xüsusilə Nuru Paşanın, Çanaqqalada şəhid olmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi, qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizə fəaliyyətləri haqqında səfirə geniş məlumat verdilər.

Hulusi Kılıç da öz növbəsində qarşıdan gələn Xocalı Soyqırımının 20-ci ildönümü ilə bağlı Türkiyədə çoxsaylı tədbirlərin keçiriləcəyini qeyd edərək, Fransa senatının məlum qərarına qarşı keçirilən ardıcıl etiraz aksiyalarının təşkilində BDM-in timsalında bütün QHT-lərə öz təşəkkürünü bildirib və bütün bu fəaliyyətlərdə Türkiyə-Azərbaycan diaspor təşkilatlarının birgə və səmərəli fəaliyyətini yüksək qiymətləndirib. Səmimi keçirilən görüşün sonunda xüsusi hazırlanmış hədiyyə və “Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərinə görə” BDM İdarə Heyəti tərəfindən qəbul edilmiş fəxri fərman səfir Hulusi Kılıça təqdim edilib. Səfir səmimi qəbula görə öz minnətdarlığını bildirib, BDM-in türklük mübarizəsində bir ocaq adlandıraraq, kiçik bir otaqda böyük işlərin görülməsində BDM-ə uğurlar arzuladı.



Sədan