İlham Əliyev və xanımı İncəsənət Muzeyində - - Fotolar

-ilham-eliyev-ve-xanimi-incesenet-muzeyinde-
Oxunma sayı: 1495


“Qafqazinfo”nun məlumatına görə,  mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına muzeyin yeni korpusu barədə ətraflı məlumat verib. Qeyd olunub ki, yeni korpus Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə orijinal layihə əsasında inşa olunub. Əsaslı vəsait qoyuluşu hesabına tikinti işlərinə 2009-cu ildə başlanıb. İnşaat zamanı milli memarlıq ənənələri ilə müasir üslubun bir-birini üzvi şəkildə tamamlamasına xüsusi diqqət yetirilib. Birinci mərtəbədəki fotostenddə tikintinin gedişi və inşaat işlərindən sonrakı vəziyyəti əks etdirən fotolar yerləşdirilib.


Azərbaycan Milli İncəsənət Muzeyinin yeni korpusunun mükəmməl layihə əsasında inşa olunması ölkəmizdə həyata keçirilən yenidənqurma işlərinin geniş miqyasını və keyfiyyətini göstərir. Burada milli memarlıq elementləri ilə yanaşı, beynəlxalq təcrübədən də geniş istifadə olunub. İşıqlandırma sistemi də müasirliyi ilə diqqəti cəlb edir. 

Dövlət başçısı və xanımına muzeyin ekspozisiyasının müxtəlif bölmələrində yerləşən eksponatlar barədə məlumat verilib. 

Azərbaycanın müxtəlif regionlarına aid tikmələrlə bəzədilən geyimlərə də muzeyin ekspozisiyasında geniş yer verilib. Azərbaycan döyüşçülərinin geyimləri də böyük maraq doğurur. Burada təsviri sənət nümunələri də geniş yer alıb. 

Muzeydə Heydər Əliyevin 90 illik yubileyi münasibətilə sərgi də təşkil olunub. 

Bu il Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi, 9 ünvanında yerləşən digər korpusunda əsaslı yenidənqurma, təmir və bərpa işlərinə başlanacaq.

Yeni korpusla tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib və muzeyin kollektivinə uğurlar arzulayıb.