“İpək Yolu” Astanaya çatdı

-ipek-yolu-astanaya-catdi
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının sədri, deputat Fuad Muradovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak etmək üçün bu gün Qazaxstana yola düşür. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.

4 gün davam edəcək toplantıda 2013-cü il üçün fəaliyyət planı müzakirə olunacaq. Tədbirdə görülən işlər barədə hesabat veriləcək, təşkilatın internet səhifəsinin təqdimatı keçiriləcək.

Toplantı iştirakçılarının Qazaxstanın hakim partiyası olan “Nur Otan”ın rəhbərliyi, parlamentin deputatları və gənclər təşkilatının üzvləri ilə görüşü planlaşdırılb. Gənclər İttifaqının üzvləri həmçinin Qazaxstanın elm və təhsil naziri B. Jumaqulovla görüşəcək.

İclas noyabrın 28-dən dekabrın 1-dək Astanada keçiriləcək.
Qeyd edək ki, Milli Məclisin üzvü Fuad Muradov 2012-ci il iyunun 28-də “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının sədri seçilib.