İsrail BMT-ni saymır

-israil-bmt-ni-saymir
Oxunma sayı: 630

İsrail BMT-nin Fələstinlə bağlı verdiyi qərara rəsmən etiraz etdi.

“Qafqazinfo”nun Modern.az-a və xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu açıqlama verib. Nazirlər Kabinetinin iclasında çıxış edən baş nazir BMT-nin qəbul etdiyi qərarın doğru olmadığını və rəsmi Təl-Əvivin bunu qəbul etmədiyini bildirib.

Netanyahu həmçinin vurğulayıb ki, İsrail Qüdsdə apardığı tikinti işlərini dayandırmayacaq və bundan sonra da tutduğu mövqedən geri çəkilməyəcək.

Qeyd edək ki, noyabrın 30-da BMT Fələstinin rəsmi dövlət kimi tanınması üçün qətnamə qəbul edib. Qətnamənin lehinə 138 dövlət, əleyhinə isə ABŞ, İsrail, Çexiya, Kanada, Panama da daxil olmaqla 19 ölkə səs verib.

Qətnamədə fələstinlilərə öz müqəddəratını təyin etmək və 1967-ci il sərhədlərində müəyyən olunmuş Fələstin dövlətini yaratmaq hüququ təsdiq olunub.