İstanbulda Cənubi Qafqazda seysmik təhlükəsizlik müzakirə edilib

-istanbulda-cenubi-qafqazda-seysmik-tehlukesizlik-muzakire-edilib
Oxunma sayı: 661

Kandilli Rəsədxanasında keçirilən konfransda son illər Cənubi Qafqaz regionunda müşahidə olunan seysmik vəziyyət və risqlərə dair müzakirələr aparılmışdır. AMEA RSXM-in Baş direktoru Qurban Yetirmişli Azərbaycan ərazisindəki seysmik vəziyyət, aparılan müşahidələr və əldə olunmuş nəticələrə dair geniş məruzə ilə çıxış etmişdir. Həmçinin, RSXM-in Baş direktoru Türkiyə tərəfi ilə baş verən zəlzələlərə dair qarşılıqlı məlumat mübadiləsinin aparılmasına dair müzakirələr də aparmışdır. Bu müzakirələr müsbət nəticələnmiş və tərəflər arasında qarşılıqlı razılaşma əldə olunmuşdur.

Məlumat üçün deyək ki, NATO-nun "Cənubi Qafqazda seysmik təhlükəsizlik" layihəsində Azərbaycan, Gürcüstan, Türkiyə ilə yanaşı, ABŞ seysmoloqları da iştirak edirlər. Layihə çərçivəsində növbəti toplantının bu ilin ikinci yarısında Bakıda keçirilməsi nəzərdə tutulur.