“KAMAZ” ilə “VAZ” markalı avtomobil toqquşdu- 3 ölü

-kamaz-ile-vaz-markali-avtomobil-toqqusdu-3-olu
Oxunma sayı: 636

“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi xəbərə görə, Bakı-Quba yolunun 34-cü kilometrliyində “VAZ” markalı minik avtomobili ilə “KAMAZ” markalı yük avtomobili toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Hadisə zamanı “VAZ” markalı minik avtomobilinin sürücüsü 1956-cı il təvəllüdlü Məmmədov Sahib Əli oğlu, sərnişinlər - 1941-ci il təvəllüdlü Cəbiyev Xanbulu İbiş oğlu və 1968-ci il təvəllüdlü Allahaverdiyev Səməd Əli oğlu həlak olub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.