Keşişin xəyanətkar arvadı

-kesisin-xeyanetkar-arvadi
Oxunma sayı: 2513

 

Fərid Hüseyn

 

“Həyatımızda Çexov situasiyaları”

III yazı

Dünyada, cəmiyyətimizdə baş verən olaylara diqqət kəsiləndə həyatımızı Çexov dövrünün Rusiyası ilə çox müqayisə edirəm və gördüklərim onun hekayələrini xatırladır mənə. Di başlayaq!

***

“İfritə” hekayəsində keşiş arvadı ilə yola getmir. Arvadının atası əvvəllər keşiş olub. Başının üstünü əcəl alanda onun yeri qızına qalsın deyə ruhani idarəyə gedərək xahiş edib ki, yerinə bir subay keşiş göndərsinlər. Subay keşişsə onun qızını alıb yaşasın. Belə də olur. Ancaq onlar bir-birini sevmirlər, qadın başqa kişilərə tamah salır. Bir gecə poçtalyon donmasın deyə onların qapısını döyür. Qadın poçtalyona evində yer verir, onun getməsini istəmir. Keşiş isə arvadını ittiham edir ki, havaları belə çovğunlu, soyuq edən sənsən. Qəsdən belə edirsən ki, havalar çönsün, çovğun olsun, belə havalarda kimsə yolunu azıb bizim evə gəlsin, sən də onunla gecələyəsən.
Ke.i. arvadını ittiham edir:


“Onu bilirəm ki, bunların hamısı sənin işindir, şeytan balası. Sənin əməlindir, görüm səni yox olasan! Bu çovğun da, poçt arabasının azması da... hamısını sən eləmisən! Sən! ...Keçən il Danil peyğəmbər bayramında çovğun başladı, axırı nə ilə qurtardı? Usta gəldi ki, qızınsın. Sonra Allah adamı Aleksey bayramında çayın buzu sındı, onda gördüm ki, uryadnik peyda oldu... Məlun oğlu bütün gecəni burda səninlə cükküldəşdi, səhər açılanda gördüm ki, gözlərinin altı qaralıb, yanaqları sallanıb! Elə deyil? Spas bayramında iki dəfə tufan oldu, hər dəfə də ovçu gəlib gecəni bizimlə qaldı. Görüm Allah onun bəlasını versin, onların hamısını gözlərimlə gördüm, hamısını!”.


Məsələ ondadır ki, hekayədə keşişin dilindən səsləndirilən fikirlər – insanın təbiətə süni təsiri məsələsi bu gün artıq reallıqdır. Dünya dəyişir, bir gün qeyri-mümkün kimi görünənlər, gün gəlir adi məsələlərə çevrilir. Bu gün süni külək, süni qar, süni zəlzələ yaratmaq – ölkələrin tektonik zonalara təsiri reallıqdır. Artıq tektonik zonalarda yerləşən ölkələrdə baş verən zəlzələlər cinayət işi kimi araşdırılır. Özü də, bütün bu fırıldaqlarla məşğul olanların əxlaqı, mahiyyətcə keşişin arvadının əxlaqından çox da fərqlənmir. Problemin kökü də eyni yerdən qaynaqlanır, insanlar (dövlətlər) bir-birini sevmir, insan övladı mahiyyətindəki xeyirə xəyanət edir, bütün bu fəlakətlərə adi yanaşırlar.


Hekayədə günümüzlə uzlaşan ikinci ideya odur ki, bəzi gündə bir fitva verən (yer fırlanmır) ruhanilər var. Onlar öz ideyalarını ortalığa ataraq mahiyyətcə Allaha inanmadıqlarını nümayiş etdirirlər. Eynən yuxarıda danışdığımız hekayədə qarı, çovğunu təbiət hadisəsi, Allahın məsləhəti kimi yox, xanımının ifritləliyinin nəticəsi kimi görən keşiştək...
Bütün bəlaların kökündəsə keşişin ailəsindəki kimi sevgisizlik dayanır.