Maliyyə Nazirliyi xəbərdarlıq etdi

-maliyye-nazirliyi-xeberdarliq-etdi-
Oxunma sayı: 2123


Azərbaycan Respublikası Prezidentinin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Fərmanı ilə fərdi birdəfəlik ödəmələr verilməsi müddəti 2013-cü il dekabrın 31-də başa çatır.

“Qafqazinfo” xəbər verir ki, Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, birdəfəlik ödəmənin alınması üçün “Kapital Bank” ASC-nin filiallarına 2012-ci il dekabrın 31-dək müraciət etmiş vətəndaşların mütləq əksəriyyəti birdəfəlik ödəmə ilə təmin olunub. Fərdi birdəfəlik ödəməni almaq üçün müvəkkil banka ərizə ilə müraciət etmiş əmanətçilərin bir qisminə Bank tərəfindən birdəfəlik ödəmə təyin olunmasına baxmayaraq, həmin əmanətçilər Bankın müvafiq filiallarından onlara təyin olunmuş pul vəsaitlərini bu günədək gəlib almayıblar.

Fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinin 2013-cü il dekabrın 31-də başa çatacağını nəzərə alaraq, Maliyyə Nazirliyinin nəzdində Fərdi Birdəfəlik Ödəmələrin Verilməsi üzrə Xüsusi Komissiya həmin əmanətçiləri birdəfəlik ödəmənin alınması ilə bağlı qeyd olunan tarixədək “Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət etməyə çağırır.