“Mən özümə ulduz deməmişəm”

-men-ozume-ulduz-dememisem
Oxunma sayı: 647

“Qafqazinfo”ya açıqlama verən ifaçı şou-biznesdə özlərini ulduz hesab edənlərə belə cavab verib: “Mən heç vaxt özümə ulduz deməmişəm, deməyəcəyəm də. Mən qələt edərəm özümə ulduz deyərəm. Ulduzlar göydə olur. Kimlərsə özlərini ulduz hesab edirsə, qoy etsinlər. Onların da gücü buna çatır. Amma mən heç vaxt özüm-özümə ulduz demərəm. Bu mənim sənətimə yaraşmaz. Mən bunu bilirəm ki, ulduz adını sənətçiyə xalqı verməlidir”.

Aynur Babayeva