“Mənim üçün qələbə o qədər də vacib deyil” - Berti Foqts

-menim-ucun-qelebe-o-qeder-de-vacib-deyil-berti-foqts
Oxunma sayı: 642

“Qafqazinfo” Fanat.az-a istinadən xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.

Alman çalışdırıcı millimizin Rusiyaya qol vura biləcəyini bildirib: “Oyunun süni meydanda keçirilməsi problem deyil. Azərbaycanda çox belə meydança var. “Lujniki”də ən yaxşı süni örtük mövcuddur. Biz ötən seçmə mərhələdə Almaniyaya hər iki oyunda qol vuran yeganə komanda olduq. Niyə Rusiyaya qol vurmayaq ki? Rusiya yığması həmişə güclü olub. Rəqibin AVRO-2012-dəki uğursuzluğu sadəcə təəssüf doğurur. Onların sadəcə bəxtləri gətirmədi”.