“Mersedes” yandı, 23 yaşlı gənc kül oldu- - Fotolar

-mersedes-yandi-23-yasli-genc-kul-oldu-
Oxunma sayı: 3413


“Qafqazinfo” xəbər verir ki, hadisə Xudat-Yalama yolunun 5-ci km-də qeydə alınıb. Xaçmaz sakini 23 yaşlı Camal Hüseynovun idarəetdiyi Mersedes markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomaşın iki hissəyə bölünüb. Daha sonra maşında yanğın baş verib. Sürücü isə yerindəcə dünyasını dəyişib. Qəza zamanı baş verən yanğının söndürülməsinə FHN-nin Şimal Regional Mərkəzinin xüsusi briqadası cəlb olunub. Ilkin versiya olaraq hadisənin yüksək sürət səbəbindən baş verməsi ehtimal olunur.Hazırda faktla bağlı araşdırma aparılır.