Müğəninin qızları “cici” analarını istəmirlər

-mugeninin-qizlari-cici-analarini-istemirler
Oxunma sayı: 686

"Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bakıda verəcəyi konsertə sevgilisi ilə gələn müğənni konsertdən sonra jurnalistlərin "Toy nə vaxtdır?" sualına cavab olaraq "Tarix dəqiq deyil. Amma inşallah bu yaz evlənəcəyik" deyib.

Bu hadisədən sonra müğənninin qızları - Su Elnur və Şəvval atalarının yeni münasibətinə qarşı çıxıblar. Rafetin böyük qızı Su Elnur "cici" anasına "Twitter"də "od püskürüb": "Boş yerə ümidlənirsən, "tatlı şey". Atama təzyiq etməkdən əl çək. Səni qəbul etmədiyimizi bilirsən".

Su Elnur bu mesajdan sonra anası Tuğba Altıntopla Rafet El Romanın şəklini paylaşaraq "Bax, mənim favorit cütlüyüm budur. Üzrlü hesab elə, başqa bir gəlini qəbul etmirik" deyə bildirib.