Müsabiqənin qalibləri açıqlandı

-musabiqenin-qalibleri-aciqlandi
Oxunma sayı: 643

Qeyd edək ki, Debüt mükafatı ənənəvi olaraq iki nominasiyada keçirilib. Bu müsabiqədə gənc müəlliflər maksimum üç əsərlə (hekayə və ya şeir) qatıla bilərlər.

Debüt mükafatında 44 müəllifin 100-dən artıq mətni qiymətləndirilib. Müsabiqəyə Azərbaycanla yanaşı, Gürcüstan, Rusiya və İrandan olan soydaşlarımız da qatılıb.

Qiymətləndirməni müsabiqənin 9 nəfərdən ibarət Ekspertlər Şurası 10 ballıq sistemlə aparıb.

Ekspertlərin tərkibi belə olub:

1. Tehran Əlişanoğlu, tənqidçi
2. Nərgiz Cabbarlı, tənqidçi
3. Azad Yaşar, şair-tərcüməçi
4. Mahir Qarayev, şair-tərcüməçi
5. Samir Sədaqətoğlu, yazıçı
6. Şahbaz Xuduoğlu, naşir
7. Məsiağa Məhəmmədi, nəzəriyyəçi-tərcüməçi
8. Natiq Məmmədli, yazıçı
9. Kultaz.com- Təşkilat Komitəsi.

Ekspertlər Şurasının qiymətləndirməsi əsasında nominasiyalar üzrə qaliblərin adlarını təqdim edirik.

“Ən yaxşı hekayə” nominasiyası:

I YER: Elnaz Eyvazlı (“Baş daşı”, “Qadın”)
II YER: Alpay Azər (“Atamın dəfni, hüzrü, bir də başdaşı”, “Özündən “küsən” gəlin”
III YER: İlğım (“Açıqca söylənməyənlər”, “İlan Xatının və Loğmanın dastanı”, “Zorlama cinayətinin növləri”

“Ən yaxşı şeir” nominasiyası

I YER: Musa Əfəndi (“Bir şəhərin leksikologiyası”, “I payız üsyanı”, “Kədərboğan böcəyi”)
II YER: Şahin Əliyev (“Kino”, “Belə olsun”, “Dostum”)
III YER: Orxan Zaman (“Kabus”, “Uzaqlığından üşüyürəm”, “Bütün xatirələrdən”)

Qalib gələn mətnlər həftə boyu Kultaz.com-da yayımlanacaq.

Nəsimi Milli Ədəbiyyat Müsabiqəsi 2008-ci ildən keçirilir. Müsabiqənin təşkilatçısı Kultaz.com mədəniyyət portalıdır.