Müsəlmanlar Sarkoziyə şikayət etdilər

-muselmanlar-sarkoziye-sikayet-etdiler-
Oxunma sayı: 635

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransada yaşayan müsəlmanlar son vaxtlarda gördükləri münasibətdən dolayı prezident Nikola Sarkoziyə məktub ünvanlayıblar. Məktubda xüsusilə siyasətçilərin müsəlmanların əleyhinə verdikləri açıqlamaların xoşagəlməz olduğu vurğulanıb.

Avropa İslam Təşkilatları Federasiyasının Sarkoziyə ünvanladığı məktubda Fransa hökuməti rəsmilərinin və digər siyasətçilərin müsəlmanlara qarşı mövqeyinin, münasibətlərinin və açıqlamalarının narahatlıq doğurduğu bildirilib. Federasiyanın sədri Şəqib ibn Məhluf məktubda bəzi mətbu orqanların fransız müsəlmanlar və imamlar haqqında hazırladıqları xəbərlərdə onları haqsız yerə şübhəli göstərildiyi qeyd edilib.

Müsəlmanlara belə münasibətin Fransanın respublika dəyərləri ilə səsləşmədiyi vurğulanan məktubda Tuluza şəhərində müsəlmanlar da daxil olmaqla fərqli dinlərdən olan Fransa vətəndaşlarına qarşı qorxunc hücumun məsuliyyətini haqsız yerə müsəlmanların çiyinlərinə yükləmənin məsum qurbanlarının qanının ucuz şəkildə istismar edilməsi olduğu bildirilib. Federasiya bu cür hadisələri Fransa ictimaiyyəti arasında parçalanmanın meydana gəlməsinə və islamofobiyanın yayılmasına cəhd kimi xarakterizə edib.